«Şahmat oynayan ölüm» () — rəssam Albertus Piktorun təqribən 1480-ci illərdə çəkdiyi, özünün və İsveçdəki Töbü kilsəsinin ən məşhur freskası.

Tarixi Töbü kilsəsinin inşaat prosesi XIII əsrin axırlarında sona çatmışdır. Kilsənin keşiş cübbələrinin saxlandığı yeri XIV əsrdə tamamlanmış, tağtavanı isə XV əsrin ortalarında yenilənmişdir. Kilsənin dörd dənə qövsşəkilli tağı var. 1480-ci illərdə Albertus Piktor onların üzərində rəsm əsərləri çəkmişdir. Kilsənin freskaları 1787-ci ildə, daha sonra isə 1992–1993-cü illərdə restavrasiya edilmişdir. İkinci restavrasiya zamanı freskaların komponentləri üzərində ətraflı şəkildə araşdırma aparılmışdır.Rapport från Riksantikvarieämbetet. Medeltidsmästarnas färgval. Ett forskningsprojekt finansierat av Kungl. Vitterhets, Historie- och Antikvitetsakademien. Riksantikvarieämbetet. 2010. Р. 18-21.

«Şahmat oynayan ölüm» freskası kilsənin pilləkənlərinin üzərində, orqanın da yerləşdiyi tağtavanının qərb hissəsindədir. Bu freskanın müəllifi Albertus Piktor və onun beş nəfərlik atelyesidir.

Qalereya

Mənbə İstinadlar

Ədəbiyyat Svanberg, Jan med bidrag av Öberg, Jan. Albertus Pictor: en biografisk skiss, Ingår i: Albertus Pictor: Bilder i urval samt studier och analyser 1, målare av sin tid. 2009.

Xarici keçidlər Albertus Pictor. Nordisk Familjebok.

Kateqoriya:1480-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:İsveç rəsm əsərləri Kateqoriya:Ölüm haqqında rəsm əsərləri Kateqoriya:XV əsrdə təsviri incəsənət