Kiçik Ayaks (, daha dəqiq Eant Oilid) — qədim yunan qəhrəmanıМифы народов мира. М., 1991–92. В 2 т. Т.1. С.146; Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.29, lokrlar padşahı Oiley və nimfa Renanın oğluGigin. Miflər 97. Boy və güc baxımından Troya müharibəsinin digər iştirakçısı Ayaks Telamoniddən (Böyük Ayaks) aşağı olduğu üçün Kiçik Ayaks ləqəbini aldı. İliadanın əhəmiyyətli qəhrəmanlarından biridir və adı Odisseydə çəkilir.

Rəşadətləri thumb|Ayaks və Kassandra Afina heykəlinin yanında "İliada" əsərində hər iki Ayaks (Telamonid və Oilid) tez-tez yan-yana döyüşürlər. Çox ehtimal ki, əvvəlcə hər iki Ayaks bir bütöv mifoloji obrazı yaradırdılar, hansı ki sonradan müəyyən bir dəyişikliyə məruz qaldı (başqa bir fərziyyəyə görə, Eant Oilid əvvəlcə Axillesin bənzəri idi).

O, Yelenanın adaxlısı idi.PsevdoApollodor. III Mifoloji kitabxana 10, 8 daha sonra; Gigion. Miflər 81 Troya müharibəsi zamanı Lokridadan (Mərkəzi Yunanıstan) gələn yığma qoşunun başçısı idi. Troyaya qarşı 40 gəmi gətirmişdirHomer. iliada 534; Psevdo-Apollodor. Mifoloji kitabxana III 11 (və ya 20).

Homerə görə, yunan ordusunda Ayaks Oilid ən cəsur qəhrəmanlardan biri və bacarıqlı nizə atan sayılırdı və sürətinə görə yalnız itiayaq Axillesdən geri qalırdı. Onun döyüşçüləri həm oxatan, həm də sapandçı kimi məşhur idilər. Gümrah və cəsarətli xasiyyəti ilə tanınırdı.

"İliada"da" 2 troyalını öldürmüşdür. Giginə görə, Qarqas və Polidomant adlı şəxsləri öldürmüşdür.Gigin. Miflər 113 Cəmi 24 döyüşçü öldürmüşdür.Gigin. Miflər 114 Axillesə həsr olunmuş cənazə oyunlarında qaçışКвинт Смирнский. После Гомера IV 216–245 və ox atmaКвинт Смирнский. После Гомера IV 456–490 yarışlarında iştirak etdi. Troya atının içində oturmuşdur.Квинт Смирнский. После Гомера XII 342; Трифиодор. Взятие Илиона 166

Troyanın fəthi və qayıdışı thumb|232x232px|"Ayaks və Kassandra". Solomon Solomon, 1886 Troya süqutundan sonra Eant Oilid Afina məbədinə daxil oldu, orada o, tanrıçanın heykəlindən qorunma istəyən Kassandranı görüb, onu heykəldən ayırdı və təcavüz etdi. Homer bu epizoddan birbaşa bəhs etmir.

Bu hərəkətinə görə ellinlər onu öldürmək istəyirdilər (Arktinə görə, daşlamaq üsulu ilə), amma o, qurbangahın qorunmasına müraciət etdi və ona rəhm etdilər.Арктин. Разрушение Илиона, синопсис; Псевдо-Аполлодор. Мифологическая библиотека Э V 23 Padşahların iclası vaxtıPavsani. Elladanın təsviri I 15, 3 Odissey onu daşqalaq etməyi məsləhət gördüПавсаний. Описание Эллады X 31, 2, ancaq Ayaks özünü yalançı bir andla qurtardıПримечания В. Н. Ярхо в кн. Гомер. Одиссея. М., 2000. С.459. Kiçik Ayaks Poliqnotun rəsm əsərində təsvir olunmuşdur, orada o, Delfi şəhərində Troyanın ələ keçirilməsində iştirak edənlər arasında qurbangahın yanında dayanır, əlində qalxanı var Kassandra və Atridanın yanında and içmə mərasimində iştirak edir.Павсаний. Описание Эллады X 26, 2–3 left|thumb|167x167px|"Poseydon Ayaksı öldürür". Bonaventura Cenelli O, Afina və Poseydonun hökmü ilə öldü.Гомер. Одиссея IV 500–511; Ликофрон. Александра 356–400; Вергилий. Энеида I 40–45 Geri qayıdan zamanı Eantın gəmisi Euboea sahillərində fırtınaya düşdü və bu zaman Afina Eantın gəmisinə perun atdı. Bunların hamısı Kaferey qayalarının yaxınlığında baş verirdi, Ayaks müvəqqəti Girey qayasında sığındı.Гегий Трезенский. Возвращения, синопсис; Квинт Смирнский. После Гомера XIV 594–640 Gəmi dağıldı, Eant qayaya tutunaraq xilas oldu. Poseydon üçbaşlı əsa ilə qayanı yardı və Eant dənizə düşərək öldü. Onun cəsədini Fetida Mikonda dəfn etdi.Псевдо-Аполлодор. Мифологическая библиотека Э VI 6; Ликофрон. Александра 401 и комм.

"Odisseya"da" deyilir ki, Eant evinə qayıdanda Poseydon onun gəmilərini qayalara çırparaq dağıtdı, lakin Eant xilas olundu və qayalara yapışaraq, tanrıların iradəsi ilə sağ qaldığına dair öyünməyə başladı. Onda Poseydon üçbaşlı əsa ilə qayanı yardı və Eant dənizə düşərək öldü.

Sonrakı ənənə Sonradan lokrlar Eantın döyüşdə onlara kömək etdiyinə inanırdılar.Павсаний. Описание Эллады III 19, 12 Lokrlar hər il dənizə qara yelkənli gəmi göndərirdilər və yandırırdılar.Цец. Комментарий к "Александре" Ликофрона 368 // Клейн Л. С. Анатомия "Илиады". СПб, 1998. С.193

Ayaks Oilidin taleyindən ilhamlanıb Sofoklun "Lokrlu Eant" adlı faciə əsərini yazdı, lakin əsər günümüzə qədər gəlib çatmadı.

Məcazi mənada "iki Ayaks" ayrılmaz dostlar deməkdir.

Həmçinin bax Böyük Ayaks "İliada" Troya müharibəsi

İstinadlar

Kateqoriya:Troya müharibəsi iştirakçıları Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Lokrida mifologiyası Kateqoriya:Yunan mifologiya qəhrəmanları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri