Aslanov Vaqif Cumay oğlu () — şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri.
Həyatı Aslanov Vaqif Cumay oğlu 1950-ci il iyul ayının 5-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində almışdır. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirmişdir.
1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir. 1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında tam ştatda pedaqoji fəaliyyətini davam etdirməkdədir.
1994-cü ildə akademik Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin zəmanətləri ilə Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə namizədliyi irəli sürülmüş, 1995-ci ildən AYB üzvü olmuşdür.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.Poeziyamızın daha bir vaqifi - Vaqif Aslan Bölmə ictimai əsaslarla fəaliyyət göstərir və Respublikamızın şimal-qərb bölgəsini əhatə edir.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.
Yaradıcılığı Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlanmışdır. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. 1973–1981-ci illər arasında Azərbaycanda keçirilən Rusiya, Belarus, Ukrayna, Özbəkistan ədəbiyyatı və incəsənəti günlərinin (1976-1979-cu illər) Şəki ilə bağlı tədbirlərində həm iştirak, həm də çıxışlar etmişdir.
İlk kitabı “Aydın” poemasıdır. Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir. Vaqif Aslanın “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulmuşdur.
Vaqif Aslan tərçümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazənin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardənin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə etmişdir. O, həmçinin rus dilindən Mustay Kərimin "Ay tutulan gecə" faciəsini, Slavomir Mrojekin "Xoşbəxt hadisə" tragikomediyasının tərcüməsini etmişdir. Hər iki əsər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.Vaqif Aslan yaradıcılığında ictimai və tarixi motivlər
Vaqif Aslan həm də kinossenarilər müəllifidir. “Odla qol-boyun” qısametrajlı bədii filmi və “Şəki: tarixin naxışları” qısametrajlı sənədli filmi onun ssenariləri əsasında çəkilmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 379.
Əsərləri Vaqif Aslan. “Aydın” (poema). Bakı, Elm, 1993. 52 səh, tiraj 5000. Vaqif Aslan. Səyahətnamə (XVII əsr fransız səyyahı Fan Batist Şardənin “Səyahətnamə”sinin 1711-ci il Amsterdam nəşrinin tərcüməsi). Bakı, Elm, 1994, 124 səh. tiraj 4000. Vaqif Aslan. Ruhlarla söhbət (şeirlər və eyni adlı tarixi – fəlsəfi poema). Bakı, Ozan, 1997-ci il. 256 səh. tiraj 500. Vaqif Aslan. Oğuz elinə salam. Bakı, Mütərcim, 2000. 148, tiraj 1000. Vaqif Aslan. Qanımdan rəng alan gül (lirik şeirlər və dram əsərləri). Bakı, Səda, 2003. 260 səh. tiraj 500. Vaqif Aslan. (həmmüəllif Gülçöhrə Məmmədova) Kiş kəndi və onun məbədi. Bakı, “Çaşıoğlu”, 2003. səh 32, tiraj 500. Vaqif Aslan. Seçilmiş əsərləri. 4 cilddə. I cild (lirik şeirlər). Bakı, “Uni Print” 2009, səh. 718, tiraj 500.; təkrar nəşri: Bakı, “Təhsil” NPM, 2011. səh 764, tiraj 200. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. II cild (poema və dram əsərləri). Bakı, “Təhsil” NPM, 2009. səh. 350, tiraj 500. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. III cild (fransız və rus dillərindən tərcumələr). Bakı, “Təhsil” NPM, 2010. səh 552, tiraj 500. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. IV cild (məqalələr). Bakı, “Təhsil” NPM, 2010. səh 540, tiraj 500. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, “Nidai şəms”, 2014. səh 120, tiraj 1000. Vaqif Aslan. Ədəbi tənqid tarixi (fənn proqramı, həmmüəllif Gülarə Abdullayeva). Bakı, “Müəllim”, 2014. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, Nidayi şəms, 2015. 120 s. tiraj 1000. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Bakı, Renessans, 2015. tiraj 500. Vaqif Aslan. Hüseyn xan Müştaq. Bakı, Orxan NPM, 2015. 320 səh. tiraj 200. Vaqif Aslan. Hər şey zaman içində. Bakı, Renessans-A, 2016. 160 s. tiraj 200. Vaqif Aslan. “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə. Vaqif Aslan.Türk xalqları ədəbiyyatı üzrə mühazirələr (dərs vəsaiti). Bakı, Renessans-A, 2019. 488 s. 500 tirajla. Vaqif Aslan. Zaman və Ədəbiyyat dilemması qarşısında. Məqalələr topluasu. Dərs vəsaiti.ADPU-nun elmi şurasının qərarı ilə çapa təqdim edilməsi (23 yanvar 2021-ci il, pr.№ 1) qərara alınmışdır. Bakı, “Mütərcim”, 2021. 424 səhifə. Tiraj: 500. Vaqif Aslan. Vaqif. (faciə). S. Vurğunun “vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə. Şəki Dövlət Dram Teatrında və Bakı Musiqili teatrda tam versiyada tamaşaya qoyulmuşdur. S.Vurğunun 110 illiyində Akademik teatrda əsərin müəyyən parçaları oynanılmışdır. Vaqif Aslan. Türk xalqları ədəbiyyatı üzrə mühazirələr. Dərs vəsaiti. ADPU-nun Tədris Metodiki Şurasının 31 yanvar 2019-cu il tarixli iclasında (Bax.3 nömrəli protokoldan çıxarış, 11.02.2019) “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr”in dərs vəsaiti kimi çap edilməsi qərara alınmışdır. Bakı, “Renessans-A”, 2019. 488 s. 500 tirajla. Zaman və Ədəbiyyat dilemması qarşısında. Məqalələr topluasu. Dərs vəsaiti.ADPU-nun elmi şurasının qərarı ilə çapa təqdim edilməsi (23 yanvar 2021-ci il, pr.№ 1) qərara alınmışdır. Bakı, “Mütərcim”, 2021. 424 səhifə. Tiraj: 500. Vakif Aslan. Ruhlarla sohbet. Türkiyə türkcəsində.Poema-Destan) Bişkek 2021.«УлууТоолор».152 с.Фонд поддержки политики тюркоязычных государств, г. Бишкек. ТYРК ТИЛДYY МАМЛЕКЕТТЕРДИН САЯАСАТТЫН КОЛДОО ФОНДУ, БИШКЕК ш. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu, Bişkek ş. Вагиф Аслан. Руҳлар билан суҳбат. Özbəkistan türkcəsində (Poema) Bişkek- 2021. «Улуу Тоолор». 152 с.Фонд поддержки политики тюркоязычных государств, г. Бишкек. ТYРК ТИЛДYY МАМЛЕКЕТТЕРДИН САЯАСАТТЫН КОЛДОО ФОНДУ, БИШКЕК ш. Vaqif Aslan. Şuşadakı duyğular (şeirlər) Şuşadaki duyğular (Şiirler), Шушадаги туйғулар (шеърлар) Türkiyə, Özbəkistan, Azərbaycan türkcələrində. Bişkek- 2021. 96с. «Улуу Тоолор» . Фонд поддержки политики тюркоязычных государств , г. Бишкек . ТYРК ТИЛДYY МАМЛЕКЕТТЕРДИН САЯАСАТТЫН КОЛДОО ФОНДУ, БИШКЕК ш. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu, Bişkek ş. Vaqif Aslan. Kiş kəndi tarixi-etnoqrafik, elmi- ədəbi-linqvistik istinadları ilə. Bakı, “Mütərcim”, 2022, 96 s. Tiraj: 300. Vaqif Aslan. Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi. Şeirlər... Bakı, “Mütərcim”, 2022, 552 s. Tiraj: 300. Qeyd: Vaqif Aslanın “Vaqif” faciəsi sözügedən kitabın 414-466-cı səhifərdə yer almışdır. Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazılmış eyni adlı bu faciə həm Şəki Dövlət Dram Teatrında (mart, 2016) həm də Bakı Musiqili teatrda (7-8 iyun, 2016) tamaşaya qoyulmuşdur. Vaqif Aslan. Üç məqalə. Bakı, “Mütərcim”, 2024.96 səh. Vaqif Aslan. Sənin şeirlərin. Bakı, “Renessans-A”, 2024, 152 səh. Vaqif Aslan. Vaqif Aslan təqdim edir: Tələbə elmi işləri. Bakı, “Renessans-A”, 2024, 264 səh. Vaqif Aslan. Mühazirələr. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə. Bakı, “Renessans-A”, 2024, 320 səh.
Mükafatları Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatı laureatıdır. 30 mart 2011 ci-il
2009-cu il üzrə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi Prezident təqaüdçüsü olmuşdur.
27 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
İran, Urmiya Universiteti. 9-11 Mayıs 2011. “1.Uluslararsı Çelebi Hüsameddin-i Urmevi ve Mesnevi-i Manevi Sempozyumu”nda iştirakına görə xatirə lövhəsi ilə təltif olunmuşdur.
24 noyabr 2012, Bakı. Avromed Company MMC təsisçilərinin qərarı ilə Avromed şirkətinin 10 illik Yubiley medalı ilə təltif olunmuşdur.
24 iyun 2020. Tərcümə sənətinə verdiyi töhfələrə və xidmətlərinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi Xüsusi Fəxri Diploma və döş nişanına layiq görülmüşdür.
5 iyul 2020-ci il. AYB Fəxri Fərmanına və “Müşfiq” mükafatına layiq görülmüşdür. Təqdimat 15 sentyabr 2020-ci ildə Şəkidə, B.Vahabzadənin ev-muzeyində olmuşdur.
Dövlət Tərcümə Mərkəzi Mükafatının laureatıdır.
Bakı-2023. “Məhsəti” Şairlər Məclisi İdarə Heyətinin qərarı ilə. HEYDƏR ZİRVƏSİ DİPlOMU-na layiq bilinmişdir
Yıl:2025.İktisadi Kalkınma və Sosial Araştırmalar Enstitüsü Bilim Onur Ödülünə layik görülmüşdür.
Bakı, 23 iyun 2025. “AMEA Əddəbiyyat İnstitutunun Fəxri Dostu Diplomu” ilə təltif edilmişdir.
1 haziran 2025. Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisinin FAHRİ DOKTORU seçilmişdir. Bakı, 23 iyun 2025-ci il tarixdə FAHRİ DOKTOR diploması və mantyisı AMEA-nın kiçik zalında TC-nin Fövqəladə və Səlahiyyətli səfiri Birol Akgün tərəfindən AMEA-nın prezidenti akad. İsa Həbibbəylinin iştirakı ilə təqdim edilmişdir.
Bakı, 23 iyun 2025. AR.Türk Ağsaqqallar Birliyinin DİPLOMU ilə təltif edilmişdir.
Yıl:2025.Türk edebiyatı Vakfi Fahri Üyeliğı'ne layik görülmüşdür.
Bakı. 9 iyun 2025. “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilmişdir.
Bakı. 9 iyun 2025.Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən “Mahmud Kaşqari medalı”na layiq bilinmişdir.
Fəxri fərmanları 1. 02 fevral 1984. Moskva. Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətinin İdarə Heyəti tərəfindən. İctimaiyyətin istifadəsinə verilən ən yaxşı şəxsi kitabxanayaümumittifaq baxışı zamanı yüksək göstəricilərinə görə.
2. 24 dekabr 1984. Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi tərəfindən. Protokol №13.Partiya və hökumət direktivlərinin, xalq təsərrüfatı planlarının və 1984-cü ilin tapşırıqlarının yerinə yetirilməsinə nəzarət sahəsində fəal işinə görə.
3. 11 oktyabr 2008. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şək şöbəsi tərəfindən. Məktəbli uşaqlar arasında şifahi xalq ədəbiyyatının təbliğində fəal iştirakına görə.
4. 08 dekabr 2009. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyası tərəfindən. T-309 №-li qərar. Yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə və AMİ-nin 80 illik yubileyi münasibətilə. Nazir M.Mərdanov. Qeydiyyat № 1511
5. 08 dekabr 2009. Azərbaycan Həmkarlar İttifaqları konfederasiyası tərəfindən. Qərar 7b.3ə.Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi münasibətilə və Həmkarlarİttifaqı işində yaxından iştirakına görə.
6. 05 oktyabr 2011, Şəki. Şəki şəhər İcra Hakimiyyəti başçısı E. Z. Usubov tərəfindən.Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə.