Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən "Mədəniyyət" televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı, 2023-cü ilin dekabr ayından etibarən MTV Azerbaijan kanalında Musiqi departamentinin direktoru.

Həyatı

Təhsili Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub.

1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir.

Karyerası

Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır.

AzTV

1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.

Lider TV

2006-cı ildən 2017-ci illərə qədər Lider televiziyasında baş rejissor, teleaparıcı və Lider televiziyasının direktor müavini vəzifələrində çalışmışdır. 2006–2019-cu illərdə həyat tərzi, super stil, dəbdən-dəbə kimi verilişlərinin müəllifi və aparıcısı olub. Bununla yanaşı Lider televiziyasında 2015-ci il olimpiya oyunlarının aparıcısı olub.

İTV

2017–2018-ci illərdə İctimai televiziyada (İTV) Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində çalışıb.

Mədəniyyət TV

2018-ci ildən isə Azərbaycan Televiziyasının (AZTV) Mədəniyyət kanalında direktor müavini vəzifəsində çalışır.

Kanal S

2023-cü ilin noyabr ayından etibarən "Kanal S" kanalında "Həyat Tərzi" verilişini aparmağa başlayıb.

MTV Azerbaijan

1 dekabr 2023-cü ildən etibarən MTV Azerbaijan kanalının musiqi departamentinin direktoru təyin olunub.

Ailəsi Ailəlidir, 2 oğlu var.

Uğurları 2019-cu ilin sentyabr ayında "Sərhəd mühafizəsinin 100 illiyi münasibətilə" Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən medalla təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:1973-cü ildə doğulanlar