Livno, Liyevno (, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi.
Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir.
Tarixi Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır.
1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi.
1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü. Livno Primorska banovinasına daxil edildi, hansı ki 1939-cu ildə Svetkoviç-Maçek sazişi nəticəsində yeni yaradılan Xorvatiya banovinasının bir hissəsi oldu. 1941-ci ildə Yuqoslaviyanın işğalından sonra şəhər 1945-ci ilə qədər mövcud olan Xorvatiya Müstəqil Dövləti oyuncaq hökumətinin bir hissəsi oldu. Müharibədən sonra Livno yenidən Yuqoslaviyanın bir hissəsi oldu və dağılandan sonra Bosniya və Herseqovinanın tərkibinə daxil oldu.
Əhalisi
İcma 1971-1991-ci illərdə Livno icmasının əhalisi: Siyahıyaalma iliÜmumiSerblərBosniyalılarXorvatlarYuqoslavlarDigərləri199140 6003 913 (9,63 %)5 793 (14,26 %)29 324 (72,22 %)1 125 (2,77 %)445 (1,09 %)198140 4383 898 (9,63 %)4 418 (10,92 %)28 918 (71,51 %)2 657 (6,57 %)547 (1,35 %)197142 1184 791 (11,37 %)5 087 (12,07 %)31 657 (75,16 %)434 (1,03 %)149 (0,35 %) 2007-ci il hesablamalarına görə icmanın əhalisi 32 354 nəfər idi.FEDERATION OF BOSNIA AND HERZEGOVINA IN FIGURES
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı