Katerin Eliz "Keyt" Blanşett () — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır.

Həyatı və karyerası Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir. Bu təsadüfi rol onun üçün teatr və kino səhnəsinə gedən yolun başlanğıcı olur. Keyt daha sonra Avstraliyaya qayıdır və Milli Dram İncəsənəti İnstitutuna daxil olur. 1997-ci ildə "Qağayı" pyesinin məşqləri zamanı aktrisa ssenarist və montaj redaktoru Endrü Aptonla tanış olur və bir ildən sonra evlənir. 2004-cü ildə aktrisa ikinci uşağa hamilə olduğundan "Yaxınlıq" filmində fotoqraf Anna Kameron rolundan imtina edir. Nəticədə filmə Culiya Roberts çəkilir.

Blanşett 1997-ci ildə ssenarist Andreu Upton ilə evlənmişdir. 5 uşağı var.

Mükafatları "Yelizaveta" filmindəki roluna görə BAFTA və "Qızıl qlobus" mükafatlarına layiq görülür. "Aviator" və "Blue Jasmine" filmlərində oynadığı rol isə ona "Oskar" mükafatı gətirir.

Filmoqrafiya İl Film2001 Üzüklərin hökmdarı: Üzük qardaşlığı2002 Üzüklərin hökmdarı: İki qala2003 Üzüklərin hökmdarı: Kralın qayıdışı2003 Babil2004Aviator2013Jasmin2015 Zoluşka

İstinadlar Kateqoriya:Avstraliyada doğulanlar Kateqoriya:Avstraliya aktrisaları

Xarici keçidlər

Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları