thumb|right|244x244px Templeton Mükafatı () — 1972-ci ildən başlayaraq John Templeton tərəfindən qurulub, maliyyələşdirilir və idarə olunur. İndi Templeton xeyriyyəçiləri tərəfindən maliyyələşdirilir və John Templeton Vəqfi tərəfindən idarə olunur. Mükafat əvvəlcə din sahəsində çalışan insanlara verildi (Ana Tereza ilk qalib oldu), lakin 1980-ci ildə elm və dinin kəsişməsində çalışan insanları əhatə etmək üçün əhatə dairəsini genişləndirdi.
Tarix Mükafat 1987-ci ildə xeyriyyəçiliyinə görə Kraliça II Yelizaveta tərəfindən cəngavər olan İngilis protestant sahibkarı ser John Templetonun adını daşıyır. 2001-ci ilə qədər mükafatın adı "Dində Tərəqqi üçün Templeton Mükafatı" idi.
Görkəmli Templeton mükafatı sahibləri Müxtəlif illər ərzində Templeton mükafatı verildi, məsələn, Tereza Ana, Sarvepalli Radhakrişnan, Aleksandr Soljenitsın, Karl Fridrix von Veizsacker.
Templeton Mükafatının dəyəri Mükafatın pul dəyəri — 795.000 funt sterlinq (və ya 2008-ci ilin sentyabr ayına olan təxminən 1.400.000 ABŞ dolları) — nizamnamə ilə həmişə Nobel mükafatının pul dəyərindən çox olmalıdır. Beləliklə, 2008-ci ildə Templeton Mükafatı mənəvi nailiyyətə görə verilən ən böyük illik mükafat idi.
2012-ci ildə mükafatın pul dəyəri 1.100.000 funt sterlinq idi.
Laureatlar 1973-cü il — Tereza Ana 1974-cü il — Roger Şütz , Taizé İcmasının qurucusu 1975-ci il — Sarvepalli Radxakrişnan, Hindistanın prezidenti 1976-cı il — Leo Sunyens 1977-ci il — Kyara Lubik, "Fokolari" hərəkatının qurucusu 1978-ci il — Professor Tomas Torrans 1979-cu il — Nikkio Nivano, "Risshō Kōsei Kai" Yapon Buddist Hərəkatının qurucusu 1980-ci il — Ralf Vendell Burhoe, "Zygon: Din və Elm Jurnalı"nın qurucusu 1981-ci il — Ciceli Saunders, Xəstəxana və palliativ qulluq hərəkatının banisi 1982-ci il — Doktor Billi Qraham, keşiş 1983-cü il — Aleksandır Soljhenitsyin, rus yazıçısı 1984-cü il — Maykl Burdeau, Keston İnstitutunun qurucusu 1985-ci il — Alister Hardi, bioloq, Oksforddakı Araşdırma Eksperimental Dini Mərkəzinin yaradıcısı 1986-cı il — Ceyms Makkord, Princeton Teoloji Seminar 1987-ci il — Stanley Yaki, fizik və keşiş 1988-ci il — Doktor İnamullah Xan, Dünya Müsəlmanları Konqresinin qurucusu 1989-cu il — Karl Fridrix von, Veyzsacker, fizik və filosof 1989-cu il — Georq MakLeod, Iona İcmasının qurucusu 1990-cı il — Baba Amte, cüzam xəstəliyindən əziyyət çəkən insanlar üçün müasir icmaların inkişaf etdiricisi 1991-ci il — Şarlz Birx, Sidney Universitetinin əməkdar professoru 2018-ci il — Abdullah II İbn Hüseyn, 1999-cu ildən İordaniya kralı 2019-cu il — Marselo Qlazer, Braziliyalı nəzəri fizik 2020-ci il — Frensis Kollins, Amerikalı bioloq
Həmçinin bax Nobel mükafatı
İstinadlar
Xarici keçidlər Templeton mükafatının onlayn saytı
Kateqoriya:Əlifba sırasına görə mükafatlar Kateqoriya:Din Kateqoriya:Mükafat laureatlarının siyahısı Kateqoriya:1972-ci ildə təsis edilmiş mükafatlar Kateqoriya:Elmi medal və mükafatlar