Şüeyb () — Quranda adı çəkilən Mədyən əhlinə göndərilən peyğəmbər, Musa peyğəmbərin qayınatası.

Şüeybin adı və əsil-nəsəbi Adı və nəsəbi barədə tarixyazarlar arasında ixtilaf olan peyğəmbərlərdən biri də həzrət Şüeybdir. İbni Əsir "Kamilut-tarix" kitabında nəql edir ki, bəziləri onun adını Yəsrun, bəziləri isə Şüeyb kimi qeyd ediblər. "Dehxoda" ensklopediyasında onun adı Yəsrin, farscası Büveyb, bəziləri Yəsrun, bəziləri isə Yəsrub olduğunu qeyd ediblər. Bir başqaları isə Yəsrub ibni Büveyb olduğunu yazırlar. Məlumdur ki, qeyd olunanlarda düzəliş və dəyişiklər aparılmışdır. Həqiqi adı bunlardan biri olmuşdur. Tövratda da onun adı Yəsrun gəlmişdir. Tarixçilərin böyük bir qrupu isə Allahın Qurani-Kərimdə gətirdiyi adı – Şüeybi (siryani dilində Yəsrun deyilir) yazmışlar.

Şüeybin əsl-nəsəbinin İbrahim peyğəmbərə yetişməsi ixtilaflıdır. Bəziləri onu İbrahim peyğəmbərin övladlarına aid olan fəsildə gəldiyi kimi, Mədyən ibni İbrahimin övladlarından olduğunu bilmişlər .

Yəqubi onun ata-babalarını belə yazır: Şüeyb–Büveyb-Əya-Mədyən–İbrahim.

Təbəri isə belə yazır: Şüeyb–Səbfun-İnqad–Sabit–Mədyən–İbrahim.

Məsudi də "Mürucuz-zəhəb"də belə qeyd edir: Şüeyb–Nüveyt–Rəvil–Mərbən–Ənqa–Mədyən–İbrahim. "İsbatul-vəsiyyə"də isə belə yazır: Şüeyb –Nabit ibni İbrahimin övladlarından olmuşdur və İsmayılın, ya da İshaqın nəslindən deyil.

Bu qrupun əksinə olaraq bəziləri onu İbrahimin nəslindən bilmirlər. Bəlkədə onun əsli İbrahim peyğəmbərə iman gətirib və onunla Şama mühacirət edənlərə yetişir. Amma ana tərəfindən nəsli Lut peyğəmbərə yetişir. Bu nəzəri İbni Əsir "Kamilut-təvarix"də bəzilərindən nəql etmişdir. Ravəndinin "Qisəsul-ənbiya" kitabında da Vəhbdən mötəbər sənədli rəvayətdə belə deyilir: Şüeybin, Əyyubun və Bələm Bauranın nəsli İbrahim peyğəmbər Nəmrudun tonqalından xilas olan günü ona iman gətirib və onunla Şama mühacirət edənlərə yetişir. İbrahim özü Lutun qızlarını onlarla evləndirdi və İbrahim peyğəmbərdən sonra Bəni-İsrailə qədər gələn peyğəmbərlərin hamısı onların nəsillərindəndir.

Şüeybin qövmü və Mədyən şəhəri Bu barədə olan bütün ayələrdən, tarix və təfsir alimlərinin yazdıqlarında belə məlum olur ki, "mədyən" sözü həm Şüeybin şəhərinə və həm də qövmünə deyilmişdir. Qurani-Kərimin yeddi surəsində "Mədyən" adı gəlmişdir:,Tövbə surəsi, 70,Hud surəsi 84, 95,Həcc surəsi, 44,Qəsəs surəsi, 22, 32, 45Ənkəbut surəsi, 36.

"Əraf", "Ənkəbut" və "Hud" surələrində "mədyən" sözü Şüeybin qövmünə, başqa surələrdə isə onun yaşadığı qəsəbə, yaxud kəndə deyilmişdir. Şüeybin əhvalatına aid olan ayələr bu cümlə ilə başlayır: "Mədyən qövmünə də qardaşları Şüeybi (peyğəmbər) göndərdik."Əraf surəsi, 85

Yaqut Həməvi belə deyir: -"Qeyd olunan şəhər və onun camaatı Mədyən ibni İbrahimin adı ilə adlandırılmışdır və Mədyən tayfası da onun övladlarındandır. Bəziləri isə Mədyən camaatını ərəblərdən və İsmail peyğəmbərin övladlarından bilirlər. Amma birinci nəzər daha düzgün nəzərə çarpır.

Bəzi tarixçilər tam əminliklə demişlər ki, Mədyən şəhəri elə indi İordaniyadan Məkkəyə gedən hacıların yolunun üstündə yerləşən Muğan şəhəridir. "Möcəmul-buldan" Əbu Zeyddən nəql edir ki, Mədyən şəhəri Qulzum dənizinin (indiki Qırmızı dəniz) sahilində və Təbuk şəhərinin qarşısında yerləşir. Davam edərək deyir: -"Əbu Zeyd demişdir ki, Musanın Şüeybin qızları üçün su çəkdiyi quyu hələ də o şəhərdə qalmaqdadır və onun üstündə balaca bir otaq tikiblər, mən özüm oranı görmüşəm". Bəzi tarixçilər isə Sina adası ilə Furat çayı arasında olan məsafənin Mədyən və orada Əqəbə körfəzi ilə Furat çayının arasında yaşayan əhalini isə Mədyən qövmü adlandırıldığını deyiblər.

Əshabi-Əykə kimlərdir? Diqqət yetiriləsi və Qurani-Kərimin "Hicr", "Şüəra", "Sad" və "Qaf" surələrində adı çəkilmiş "Əshabi-Əykə"dir. Allah taala Şüeyb peyğəmbəri onlara göndərdi və bununla onlara öyüd-nəsihət verib gələcək ilahi əzabdan qorxutmaq istədi, amma bütün peyğəmbərlər kimi onu yalançı adlandırdılar. İndi görək Əshabi-Əykə elə həmən Mədyən camaatıdır, yoxsa ayrıca bir tayfadır və onlar da Mədyən camaatı tək onu təkzib etdilər.

Lüğət alimləri "Əykə" sözünün mənasında belə deyiblər: -"Əykə -meşə, sıx v bir-birinə sarılmış ağaclar. Bir çox tarix və təfsir alimləri deyirlər ki, Əshabi-Əykə həmən Mədyən camaatıdır. O şəhərin kənarında bir meşə var idi və camaat oradan bəhrələnirdilər. Beyzavinin dediyinə əsasən isə elə o camaat orada da məskunlaşmışdılar. Bəziləri yazırlar ki, Şüeyb iki dəfə peyğəmbərliyə seçilib, bir dəfə Mədyən camaatına, ikinci dəfə isə Əshabi-Əykəyə, bununla da onları ayrı-ayrı tayfa bilirlər. "Əl-mizan" təfsirində deyilir ki, "Əykə" Mədyən şəhərinin yaxınlığındakı meşənin adı olub və orada bir tayfa yaşayırdı və Şüeybin tayfası deyildi. Bu səbəbdən də Allah taala "Şüəra"surəsində belə buyurur: -"Əshabi-Əykə (Allah tərəfindən) göndərilənlərin hamını yalançı adlandırdılar." Bu zaman Şüeyb onlara dedi: -"Qorxmursunuz!?" Əgər qohumluğu olsaydı başqa yerdə olduğu kimi, əhvalatı belə başlayardı: -"Qardaşları Şüeyb…"

Həzrət Şüeybə, Mədyən camaatına və Əshabi-Əykəyə aid olan ayələrdə diqqət ediləsi məsələlərdən biri də budur ki, (birinci nəzəriyyəyə və "Əl-mizan"ın sözünə təsdiq olaraq) hər iki tayfanı camaatın alış-verişində onları aldatmamağa və çəkini düz verməyə dəvət etmişdir. Məsələn, "Hud" surəsində Şüeybin Mədyən camaatı ilə mübahisəsində Allah taala belə buyurur: -"Qardaşları Şüeybi Mədyənə tərəf yolladıq. O, onlara belə dedi: -"Ey camaat, yeganə Allaha ibadət edin, Ondan başqa məbud yoxdur. Peymanəni və tərəzidə çəkini az verməyin, mən sizin vəziyyətinizi yaxşı görürürəm (sizin camaatı aldatmağa ehtiyacınız yoxdur) və sizin üçün gələcək əzab günündən (ki, bütün kafirləri bürüyəcək) qorxuram. Ey camaat, tərəzini ədalətlə çəkib camaata verin, onların malını (alış-verişdə) azaltmayın və yer üzündə fəsad törətməyə səy göstərməyin!"

"Əraf" və "Ənkəbut" surələrində də bunlara oxşar ayələr Mədyən camaatının barəsində gəlmişdir. "Şüəra" surəsində Əshabi-Əykə barəsində belə buyurur: -"Əshabi-Əykə göndərilənləri yalançı sandı. Şüeyb onlara belə dedi: -"Niyə qorxmursunuz! Mən Allahın əmin elçisiyəm, Allahdan qorxun və Ona itaət edin! Mən bunların əvəzində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir." Bu ayələrin davamında "Hud" surəsində olan ayələrə oxşar ayələrdə camaatı çəkini düzgün verməyə dəvət edir. Ayələr belədir: -"Çəkini düzgün verin və (alış-verişdə) camaatı aldadanlardan olmayın. Tərəzini düz çəkin, camaatın malını azaltmayın və yer üzündə fəsad törətməyə səy göstərməyin!"

Mümkündür belə oxşarlıqdan və Şüeybin öyüd-nəsihətindən onların bir olması başa düşülsün, amma onların ayrı-ayrı tayfa olması, bir-birlərini qonşuluğunda məskunlaşması və Mədyən camaatının pis xüsusiyyətlərinin onlara keçməsi heç də uzaq deyildir. Şüeyb necə ki, Mədyən camaatını hidayət etmək üçün əmr olunmuşdu, eləcə də Əshabi-Əykəni hidayət etməyə əmr olundu.

Şüeybin dəlil-sübut gətirməsi Şüeyb (ə) özünün şirin, dolğun və eyni halda möhkəm məntiqi ilə xalqa nəsihət etməyə başladı. Lakin buna baxmayaraq, onlar əks mövqe tutdular, nemətlər qarşısında şükür etmək əvəzinə Şüeybin dəvətini qəbul etməyib onu "yalançı" adlandırdılar, onu şəhərdən qovmaqla daş-qalaq etməklə hədələdilər. Bəziləri başqa İlahi peyğəmbərlərin öz ümmətləri tərəfindən məntiqsiz dəlillərlə cadugərlikdə töhmətləndirildikləri kimi, Şüeybə töhmət vurub onu ələ saldılar.

Əraf surəsində "Əraf" surəsində belə nəql olunur: "Biz qardaşları Şüeybi (ə) Mədyən xalqına tərəf göndərdik." O, onlara dedi: -"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz mö’minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir! Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!…"Əraf surəsi, 85–86 Bəzi təfsirçilər bu ayələrdən istifadə edərək Şüeybin (ə) qövmünün tərəzidə az verməsindən (əskik satmasından) əlavə başqa böyük bir günah etmələrini də qeyd etmişlər. Onlar yollarda pusqu quraraq yol kəsirdilər. Əlbəttə qeyd etmək lazımdır ki, onların yol kəsmələri, dininin qarşısında maneəçilik törətmələri.

1. Qiymətli gövhər olan imanın qabağını alması uzaq ehtimal deyildir. Elə buna görə də sözünün davamında buyurulur: -"Allaha iman gətirəni yolundan saxlayır və azdırırsınız…." Bəzi təfsirçilərin qeyd etdiyi kimi onlar Şüeybə(ə) iman gətirənlərin yolu üstündə durur, onları hədələyərək bu işdən əl çəkmələrini tələb edirdilər. Hər halda, yuxarıda qeyd olunan ayələrin ardınca mütəal Allah Şüeybin (ə) qövmünün o həzrətə verdikləri cavabı belə xatırladır: -"Onun qövmünün başçıları və inadkarlar təkəbbürlük edərək dedilər: -"Ey Şüeyb(ə)! Biz ya səni və sənə iman gətirənləri öz kəndimizdən qovacağıq, ya da bizim dinimizə qayıdacaqsınız".

Şüeybə (ə) iman gətirənlər o nadan camaatın qarşısında dedilər: -"Allah bizi sizin dininizdən azad edəndən sonra yenidən ona qayıdaraq Allaha iftira bağlayaq. Biz ona qayıtmayacağ. Məgər ki, Allah istəyə. Bizim pərvərdigarımızın elmi hər bir şeyi əhatə edibdir. Biz Allaha təvəkkül edirik. Pərvərdigara bizimlə qovmumuzun arasında hakimlik et. Sən ən yaxşı hakimsən" .

Ancaq Şüeybin (ə) cahil və məğrur qövmü özlərinin yanlış fikirlərinə israr edərək dedilər: -"Əgər Şüeybə (ə) itaət etsəniz ziyana uğrayacaqsınız" . Pərvərdigar bu təkəbbürlüyün nəticəsini belə buyurur: -"Onlara zəlzələ gəldi və evlərində cansız oldular. Şüeybi (ə) yalançı adlandıranlar sanki heç vaxt o evlərdə olmamışdılar. Şüeybi yalançı adlandıranlar özləri ziyankar oldular" .

Hud surəsində (Onların) qardaşları Şüeybi (ə) Mədyənə göndərdik. O, onlara dedi: -""Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!""Hud surəsi, 84–86

Xoşbəxtlikdən uzaq olan o xalq onun caabında dedilər: -"Sənin namaz və dinin əmr edirmi ki, biz ata-babalarımızın ibadət etdiklərindən əl çəkək və öz mal-dövlətlətimizdə istədiyimiz kimi istifadə etməyək, doğrudan da sən səbirli və başa düşənsən…" Şüeyb onlara buyurdu: -"Ey camaat! Sizin fikrinizcə əgər mənim pərvərdigarımdan dəlilim olsa və mənə ruzi əta etmiş olsa (Onun itaətindən necə çıxa bilərəm)?!. Mən istəmirəm ki, sizə qadağan etdiyim şeydə (əməl etməklə) sizinlə müxalifətçilik edəm. Mənim hədəfim bacardığım qədər islah etməkdir. (Mənim öz dəvətimdə) Tovfiq təkcə Allahın iradəsi ilədir. Yalnız Ona təvəkkül edir və yalnız onun dərgahına üz tuturam. Ey camaat! Mənimlə müxalifət və düşmənçilik etmək Nuhun, Hudun, Salehin və Lutun qövmünə gələn bəlanın sizə gəlməsinə səbəb olmasın! Öz Pərvərdigarınızdan bağışlanmaq istəyib onun dərgahına üz tutun və tövbə edin! Həqiqətdə mənim Pərvərdigarım rəhimli və mehribandır. "

Amma onlar bu böyük Peybəmbərin cavabında boş sözlərindən əl çəkməyərək, dedilər:

– Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!Hud surəsi, 91

Şüeyb (ə) güclü məntiqlə və möhkəm dəlillə onlara cavab verərək buyurdu: