Mərdanaqum () - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Əhalisi 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (176 ailə). İqtisadiyyat Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdirRobert Mignan, A Winter Journey Through Russia, the Caucasian Alps, and Georgia: Thence ..., Vol. 1, 1839, London, p. 125. Hər il oktyabr ayının ikinci yarısında kənddə icra nümayənləyinin rəhbərliyi tərəfindən Nar Festivalı təşkil edilir. Festivalın əsas xüsusiyyəti aşıq musiqisinin ifasıdır.
İstinadlar
Kateqoriya:Xudafərin şəhristanının kəndləri