Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır."Sakharov Prize 2018: three finalists selected", News—European Parliament, 10 sentyabr 2018 . Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.

Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır. Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis Mukveqe və Nadiyə Murad.

Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır. Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir, lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır. 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun () boykotu adı altında təqdim olunmuşdur.

Laureatlar 200px|thumb|right|Nelson Mandela (şəkildə) Anatoli Marchenko ilə birlikdə mükafatın ilk qalibi olmuşdur. 200px|thumb|right|Kofi Annan — mükafatın 2003-cü ildəki laureatı 200px|thumb|right|"Ağ rəngli qadınlar" təşkilatının üzvləri (2005-ci ilin qalibləri) Kubanın paytaxtı Havanada nümayişdə 200px|thumb|right|Mükafatın 2012-ci ildəki laureatlarından biri, əslən Cənubi Azərbaycandan olan Cəfər Pənahi 200px|thumb|right|Mükafatın 2018-ci ildəki laureatı kinorejissor Oleq Sentsov 200px|thumb|right|Mükafatın 2019-cu ildəki laureatı, uyğur professor İlham Tohti İl Qəbul edən Milliyyəti Qeydlər İstinadlar1988 İrqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış aktivist və Cənubi Afrika Respublikasının keçmiş prezidentlərindən biri (ölümündən sonra) Sovet dissidenti, müəllifi və insan haqları aktivisti 1989 Praqa Baharı dövründə kommunist rejimini islah etməyə çalışmış slovak siyasətçi 1990 Anq San Su Ki Birma Müxalif siyasətçi və Demokratiya üçzrə Milli Liqanın Baş Katibi 1991 Kosovo albanı siyasətçi və uzunmüddətli siyasi məhbus 1992 Maya meydanının anaları Çirkli müharibə dövründə Argentinada yoxa çıxmış uşaqların analarının qurduğu təşkilat 1993 Oslobođenje Bosniya və Herseqovinanı fərqli etnik qrupların olduğu ölkə kimi müdafiə edən qəzet 1994 Keçmiş həkim, feminist müəllif 1995 Kürd mənşəli siyasətçi 1996 Çin demokratiya hərəkatının aktivistlərindən biri 1997 Əlcəzairdə qadın haqları, insan hüquqları və demokratiya aktivisti, jurnalist və yazıçı 1998 Kosovo albanı siyasətçi, Kosovonun ilk prezidenti 1999 Şərqi Timorun ilk prezidenti 2000 ¡Basta Ya! Terrozimə qarşı müxtəlif siyasi mövqelərə sahib insanları birləşdirən təşkilat 2001 Sülh aktivisti Yazıçı, professor Baş yepiskop və sülh aktivisti 2002 Siyasi aktivist və dissident2003 Nobel sülh mükafatı laureatı və Birməşmiş Millətlər Təşkilatının yeddinci baş katibi Birləşmiş Millətlər Təşkilatı (Beynəlxalq) 2004 Belarus Jurnalistlər Assosiasiyası "Söz azadlığı, informasiyanın qəbulu və bölüşdürülməsi və jurnalistikanın professional standartlarının önə çəkilməsi haqlarını təmin etmək məqsədi güdən" qeyri-hökumət təşkilatı 2005 Ağ rəngli qadınlar Müxalif hərəkat, həbs olunmuş dissidentlərin yaxınları Sərhədsiz reportyorlar (Beynəlxalq) Fransanın Paris şəhərində yerləşən və mətbuat azadlığını əsas prinsip tutan beynəlxalq qeyri-hökumət təşkilatı İnsan haqları hüquqşünası 2006 2006-cı il prezident seçkilərində müxalifətin ortaq namizədi olaraq Belarusiya Vahid Demokratik Qüvvələri tərəfindən seçilən siyasətçi 2007 İnsan haqları hüquqşünası 2008 Aktivist və dissident 2009 Memorial (təşkilat) Beynəlxalq vətəndaş hüquqları cəmiyyəti 2010 Həkim, jurnalist və siyasi dissident2011 Asma Mahfuz Ərəb xalqının beş nümayəndəsi, azadlıq və insan hüquqları uğrunda mübarizələrini tanıtmaq və dəstək əldə etmək cəhdləri Əhməd əl-Senussi Liviya Razan Zeytunə Əli Fərzət Məhəmməd Buəzizi (ölümündən sonra) 2012 Cəfər Pənahi İrandakı aktivistlər. Sotudə hüquqşünas, Cənubi Azərbaycanda doğulan Cəfər Pənahi isə kinorejissordur. Nəsrin Sotudə 2013 Məlalə Yusəfzay Qadın hüquqları və onların təhsil alması uğrunda mübarizə aparan aktivist 2014 Denis Mukveqe Təcavüz qurbanlarının müalicəsi ilə məşğul olan ginekoloq2015 Raif Bədavi Səudiyyə Ərəbistanından olan yazıçı, aktivist və "Səudiyyə liberallarını azad et" veb-saytının yaradıcısı2016 Nadiyə Murad İraq Şam İslam Dövləti tərəfindən qaçırılan yezidi insan haqları aktivistləri Lamiyə Hacı Bəşər2017 Venesuela demokratik müxalifəti "Foro Penal" təşkilatı tərəfindən adları sadalananan Milli Məclisin üzvləri və bütün siyasi məhbuslar2018 Oleq Sentsov Kinorejissor, Rusiyada və dünyada siyasi məhbusların hüquqları uğrunda mübarizənin simvolu2019 İlham Tohti Uyğur iqtisadçı, elm xadimi və insan haqları aktivisti2020 Belarus demokratik hərəkatı2021 Aleksey Navalnı Rusiya müxalifət lideri.2022 Ukraynalılar2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra "demokratiya, azadlıq və qanunun aliliyini qoruyan" ukraynalılara verilmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər Düşüncə Azadlığı üzrə Saxarov mükafatı Avropa Parlamenti 1 dekabr 2013. Saxarov mükafatı şəbəkəsi Avropa Parlamenti 1 dekabr 2013. Saxarov mükafatının 20 ili: Təltif olunan cəsarət, fədakarlıq Avropa Parlamenti 1 dekabr 2008.

Kateqoriya:İnsan hüquqları Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:İnsan hüquqları təşkilatları Kateqoriya:İnsan hüquqları sahələrində mükafatlar