Həsən Paşa Kərküklü (ərəbcə. حسن باشا الكركوكلي, Osmanlıca. حسن پاشا الكركوكلي; vəf. 1779) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1778-1779).

Həyatı Həsən Paşa Kərküklü tayfa olaraq bir Məmlüküydü. 1777-ci ildə Abdullah Paşanın ölümündən sonra Bağdadda hakimiyyət uğrunda iki namizəd, Məhəmməd Əl-Əcəmi və İsmayıl ağaعلي الوردي - ص mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü. 1778-ci ilin mayında Osmanlı sultanından Bağdad paşalığına səlahiyyət alan Həsən Paşa Bağdada gəldi. Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa Bağdaddan Diyaləyə qaçdılar. 1778-ci ilin sonlarında Həsən Paşa Süleyman Paşa Böyük (1780-1802) ilə birlikdə Bəsrəni Zəndlərdən geri almağı bacardı və bu tarixdən sonra Həsən Paşa onu Vəli təyin edildiYitzhak Nakash The Shi'is of Iraq Princeton: University Press.1994 pages.15. Zəndlər üzərində qələbə Kərim xanın 13 mart 1779-cu ildə Şiraz şəhərində vəfat etməsi səbəbindən qazandı.

1779-cu ilin oktyabrın sonunda yenidən Bağdadda qiyam başladı. Üsyançılar barrikadalar quraraq hökumət binalarına hücum etdilər. Həsən Paşa Diyarbəkirə qaçdı. Orda məlum olmayan bir xəstəliyə yaxalanıb tezliklə öldüالعزاوي. ج6 ص.

İstinadlar

Xarici keçidlər