Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar () — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi.
Həyatı Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu. Atasının qətlindən sonra, 1896-cı ildə İran imperiyasının şahlıq taxtına əyləşmişdi.
Müzəffərəddin şah Qacar 1900-cü ildə Osmanlıya rəsmi səfər edib.
Müzəffərəddin şah 1907-ci ildə vəfat edib.
thumb|left|150px|Müzəffərəddin şah Qacar
Övladları Oğulları: Şahzadə Məhəmmədəli mirzə Etizadəssəltənə, sonra Məhəmmədəli şah (1872–1925) Şahzadə Məlikmənsur mirzə Qovanlı-Qacar (1880–1920) Şahzadə Əbülfət mirzə Qovanlı-Qacar (1881–1961) Şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar (1882–1970) Şahzadə Hüseynqulu mirzə Qovanlı-Qacar (1884–1945) Şahzadə Nasirəddin mirzə Qovanlı-Qacar (1897–1977)
Qızları: Şahzadə Fəxrəssəltənə (1870-?) Şahzadə Ehtiraməssəltənə (1871-?) Şahzadə İzzətəddövlə (1873-?) əri Əbdülhüseyn Mirzə Fərmanfərma Şahzadə Şükuhəssəltənə (1880-?) Şahzadə Şükuhəddövlə (1883-?) Şahzadə Fəxrəddövlə (1883-?) Şahzadə Əqdəsəddövlə (1891-?) Şahzadə Ənvərəddövlə (1896-?) Kamran Mirzə Qovanlı-Qacarın oğlu İqtidarəssəltənə ilə evli idi.
İstinadlar
Mənbə
Xarici keçidlər Nəsrəddin şahın özünün, oğlunun və nəvəsinin əksi olan orijinal şüşə neqativlər Şəkidən tapıldı!
Həmçinin bax
Kateqoriya:Qacar şahları Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar