Tacir Şahmalıoğlu () — Azərbaycan müğənnisi.

Həyatı Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır.

Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir. Repertuarında xalq, bəstəkar mahnıları və muğam təsnifləri əsas yer tutur. 2 oğul, 1 qız atasıdır.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi müğənniləri