İlham Məmmədov (doğ. 1 yanvar 1970, Qazax, Azərbaycan SSR, SSRİ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu, məşqçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvü.

Karyerası Klub karyerası İlham Məmmədov 1 yanvar 1970-ci ildə Qazaxda anadan olub. Peşəkar karyerasını da məhz burada, 1987-ci ildə Qazaxın "Göyəzən" klubunda başlayıb. Bir neçə mövsüm bu komandanın heyətində Futbol üzrə SSRİ ikinci liqasında çıxış edib. 1991-ci ildə Bakının "Neftçi" komandasının heyətində Futbol üzrə SSRİ birinci liqasında 4 oyun keçirib.

Sovet İttifaqının dağılmasından sonra Futbol üzrə Azərbaycan yüksək liqasında "Turan" komandasının heyətində çıxış etməyə başlayıb. Tovuz təmsilçisinin heyətində 100 oyun keçirən İlham, komandası ilə birlikdə ölkə çempionatının qızıl (1993/94), gümüş (1994/95) və bürünc (1992, 1993) mükafatlarını qazanıb. 1995/96 mövsümünün gedişatında "Neftçi"yə qayıdır və elə həmin mövsümdəcə ölkə çempionatının və Kubokunun qalibi olur. Növbəti mövsümdə yenə də ölkə çempionluğunu yaşayır. 1997-ci ildə Gəncənin "Kəpəz" komandasına keçir. "Neftçi"də olduğu kimi, burada da ilk mövsümündəcə həm ölkə çempionatının, həm də Ölkə Kubokunun qalibi olur. 1998/99 mövsümündə "Neftçi"yə qayıdır. Burada Ölkə Kubokunun qalibi, ölkə çempionatının isə bürünc mükafatçısı olur. 1999/00 mövsümünün payız hissəsini Bakının "ANS Pivani" komandasına keçirib.

2000-ci ilin başlanğıcında Almaniyaya köçüb və burada müxtəlif illər ərzində aşağı divizion klubları — "Zalmror-1921", "Ayntraxt Trir", "Fihte Bilefeld", "Dornberq" və "Türk İdman" komandalarında çıxış edib. Ümumilikdə Almaniya komandalarının heyətində 97 oyun keçirib, 5 qol vurub.

Milli karyerası İlham Məmmədov 11 oktyabr 1995-ci ildə Avro 1996-nın seçmə oyunu çərçivəsində İsrail milli komandasına qarşı keçirilmiş oyunda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, görüşün 70-ci dəqiqəsində Vyaçeslav Lıçkinin əvəzinə meydançaya daxil olub. Görüş İsrail yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Məmmədov 1995–1999-cu illər aralığında formasını geyindiyi Azərbaycan milli futbol komandasının heyətində ümumilikdə 8 oyun keçirib.

Şəxsi həyatı 1993-cü ildə ailə həyatı qurub. Orxan və Ələkbər adlı iki oğlu var.

Mükafatları Turan Azərbaycan Çempionatı: 1993/94

Neftçi Azərbaycan Çempionatı: 1995/96, 1996/97 Azərbaycan Kuboku: 1995/96, 1998/99

Kəpəz Azərbaycan Çempionatı: 1997/98 Azərbaycan Kuboku: 1997/98

Qeydlər

İstinadlar

Xarici keçidlər İlham Məmmədov Transfermarkt.com saytında İlham Məmmədov Footballfacts.ru saytında İlham Məmmədov Nationall-football-teams.com saytında

Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular