Tandı Uranhay (tuvaca: Таңды Урянхай, monqolca:Tagna Urianhai, rusca: Урянхайский край, ingiliscə: Tannu Uriankhai) – Tuvanın 1914–1921-ci illər aralığında Rusiya imperiyasının himayəsinə qədər adlandırılmış bölgə adı. Tandı Uranhay 1912-ci ilə qədər Tsin sülaləsinin tabeliyində olmuşdur.
Haqqında 1912–1913-cü illərdə Çində inqilabdan sonra Tuva bəyləri — Ambın-noyan Kombu-Dorju Şamzı-lama, Gun noyan Buyan Badırqı və digərləri — çarlıq hkumətinə Çin dövlətinə qarşı Rusiya imperiyasının himayəsinə girmə istəyində olduqlarını bildirdilər.Istoriya Tuvy. Tuva Tarixi, v. 1, səh. 354–55.
1914-cü ilin aprel ayının 4-də II Nikolay S.D. Sazonova yazdığı cavab məktubunda Tandı Uranhayın 5 bölgəsinin Rusiyaya birləşməsinə razılıq verdiyini bildirdi. O ildən etibarın "Rusiya-Tuva birlikdə" şüari yayılmışdır və 2014-cü ildə bunun 100 illiyi qeyd olunmuşdur.
Daha sonra hakimiyyətin istəyi ilə Tandı Uranhay 7 bölgəyə ayrılmışdır: Beezi, Daa, Maadı, Oyunnar, Salçaktar, Tojular və Çoodular.
XX əsrin əvvəllərində Tandı Uranhay bölgəsi Çarlıq Rusiyası işğalına girmişdir. Lakin sonunda Tuva türkləri Tuva Ulus Respublikası adı ilə müstəqil dövlət qura bilmişdirlər. Lakin SSRİ dövlət başçısını öz tərəflərinə çəkməklə, 1944-cü ildə Tuvanı özlərinə birləşdirmişdirlər.
Uranhaylar özlərini yerinə görə Tufa, Tofa, Tuba, Tuha olaraq adlandırmaqdadırlar. Özləri Uranqar sözünü də bilməkdədirlər və onu saxalar qalın "a" və sağır səs olan "nq" ilə tələffüs etməkdədirlər.Saka Yakutlar , V. L. Şeroşevsky. çeviren: Arif Acaloğlu. İstanbul-2007.Selenge yayınları. səh-43
Həmçinin bax Tuva
Tuvalar
Sibir türkləri
İstinadlar
Kateqoriya:Sin sülaləsi (1644–1911) Kateqoriya:Tıva coğrafiyası Kateqoriya:Tuva tarixi Kateqoriya:Çin–SSRİ münasibətləri Kateqoriya:Çinin ərazi mübahisələri