Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;) — Filologiya üzrə elmlər doktoru, professor

Həyatı və təhsili 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.

Ailəsi Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir.

Elmi fəaliyyəti 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.

Elmi dərəcə və elmi adları 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.

Tədqiqat sahəsi Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri

Kitabları Babək şəhidləri, "Əcəmi", 13 ç.v., Naxçıvan, 2002 Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq. "Elm", 12 ç.v. Bakı, 2003 Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyasının bədii təcəssümü (ərəb əlifbası ilə). 12 ç.v., Tehran, 2005 Yüz ilin ədəbi abidəsi. Nafta-Press nəşriyyatı. 8,25 ç.v., Bakı, 2006 "Molla Nəsrəddin" ədəbi məktəbində milli varlıq problemləri. "Elm", 15 ç.v. Bakı, 2012 Allahverdi Məmmədli: 50 yaşın aşırımında öz-özümlə söhbətə daha çox ehtiyac duyuram. Mata-Pres, Bakı, 4 ç.v., 2015 "Molla Nəsrəddin" ədəbi məktəbində azərbaycançılıq". "Şərq-Qərb", 14 ç.v., Bakı, 2017 Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. Redaksiya heyəti. Bakı, 2018 Molla Nəsrəddinçilik və mili ideya. "Şərq-Qərb", Bakı, 2018 “Azərbaycançılıq Mollanəsrəddinçilərin Milli İdeya kontekstində” (monoqrafiya ). "Şərq-Qərb", Bakı, 2024, 316 s.

Fəxri adları 2016 – Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir. "Qızıl qələm" Həsən bəy Zərdabi media mükafatı

İstinadlar Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları