Telman Paşa oğlu Paşayev (5 mart 1953, Bakı - 2013, Bakı) — sovet sərbəst güləşçisi, SSRİ, Avropa və dünya çempionatları mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası. Güləşə 1968-ci ildən maraq göstərməyə başlamışdır. 1972-ci ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir. SSRİ çempionatında 4 dəfə iştirak etmişdir. Beynəlxalq turnirlərin qalibidir. 1974-78-ci illərdə ölkənin yığma komandasının üzvü olmuşdur. Böyük idmanı 1978-ci ildə tərk etmişdir.Telman Paşayev Nailiyyətləri Sərbəst güləş üzrə SSRİ çempionatı, 1974 — ; Güləş üzrə dünya çempionatı, Minsk, 1975 (52 kq-a qədər), gümüş Güləş üzrə dünya kuboku, Tolido, 1975 (52 kq-a qədər), gümüş Güləş üzrə dünya kuboku, Tolido, 1976 (komanda hesabında), qızıl Güləş üzrə dünya kuboku, Tolido, 1976 (52 kq-a qədər), bürünc Güləş üzrə Avropa çempionatı, Madrid, 1974 (52 kq-a qədər), gümüş Güləş üzrə Avropa çempionatı, Sofiya, 1978 (52 kq-a qədər), gümüş
Xarici keçidlər
AGF saytı
İstinadlar
AGF saytında Dünya çempionatlarında nailiyyətlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:5 martda doğulanlar Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri