Saray Mülk Xanım (, ) — Teymurilər imperiyasının qurucusu Teymurun ikinci həyat yoldaşı.
Həyatı Atası Çağatay xanlığının xanı Qazan xan Çingiz xanın soyundan gəlir. Saray Mülk Xanım ilk evliliyini Əmir Hüseynlə etməsinə baxmayaraq, Əmir Hüseynin Teymurun əsgərləri tərəfindən öldürülməsi nəticəsində Çingiz xan ailəsi ilə qohumluğa xüsusi əhəmiyyət verən Teymur Saray Mülk Xanım ilə evlənmişdir. Teymur bu evlilikdən sonra Çingiz xan soyuna kürəkən olduğu üçün gürgan olaraq anılmışdır. Bu evlilikdən uşaqları olmamışdır. Bundan başqa, imperiyanın sonrakı iki hökmdarı olan Şahrux və Uluq bəyə də təhsil və tərbiyə vermişdir.
Xeyirxah əməlləri Səmərqənddəki XIV əsrin ən önəmli binalarından biri Teymurun möhtəşəm məscidinin qarşısındakı Xanım mədrəsəsi idi. Mədrəsə Saray Mülk Xanım tərəfindən 1397-ci ildə tikdirilmişdir. Saray Mülk Xanım bir çox əsər də tikdirmişdir, lakin bu günə təkcə Xanım mədrəsəsi çatmışdır.
Həmçinin bax Əmir Teymur
İstinadlar
Kateqoriya:1406-cı ildə vəfat edənlər Kateqoriya:1343-cü ildəki hadisələr Kateqoriya:Ədəbiyyat hamiləri