1986 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 31-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Bobbysocks!" duetinin ifa etdiyi "La det swinge" mahnısı ilə 1985 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1986-cı ildə Norveç ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1986 ölkənin ikinci ən böyük şəhəri olan Bergendə "Grieghallen" arenasında keçirilmişdir. Müsabiqə 1986-cı ilin 3 may tarixində baş tutmuşdur.
1986-cı ildə İslandiya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Niderland və Yuqoslaviya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqənin keçirildiyi tarixin Yunanıstanda qeyd olunan dini bayramla üst-üstə düşməsi səbəbindən Yunanıstanın Norveçdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqəyə marağın azalması səbəbi ilə Avroviziya 1986-ya təmsilçi göndərməmək qərarına gəlmişdir. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Belçika təmsilçisi 13 yaşlı Sandra Kim ifa etdiyi "J'aime la vie" adlı mahnı ilə qalib gəlmişdir. Bu Belçikanın Avroviziyada iştirak etdiyi 31 il ərzindəki ilk qalibiyyəti idi.
Final İlk üçlükdə yer alan mahnıların üçüdə fransız dilində səslənmişdir. № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Fransızca Şeris Lorans "L'amour de ma vie" Həyatımın sevgisi 3 117 02 Xorvatca Doris Draqoviç "Željo moja" Mənim arzum 11 49 03 Fransızca Cocktail Chic "Européennes" Avropa qızları 17 13 04 Norveçcə Ketil Stukkan "Romeo" - 12 44 05 İngiliscə Ryder "Runner In The Night" Gecədə qaçan 7 72 06 İslandca ICY "Gleðibankinn" Əyləncə bankı 16 19 07 Niderlandca Frizzle Sizzle "Alles heeft ritme" Hər şey ritmə malikdir 13 40 08 Türkcə Klips və Onlar "Halley" — 9 53 09 İspanca Cadillac "Valentino" — 10 51 10 Fransızca Daniela Simons "Pas pour moi" Mənim üçün deyil 2 140 11 İvritcə Moti Qiladi və Sarai Tzuriel "Yavo Yom" (יבוא יום) Gün gələcək 19 7 12 İngiliscə Luv Bug "You Can Count On Me" Mənə güvənə bilərsiniz 4 96 13 Fransızca Sandra Kim "J'aime la vie" Mən həyatı sevirəm 1 176 14 Almanca İnqrid Peters "Über die Brücke geh'n" Körpünü keçərək 8 62 15 Yunanca Elpida "Tora Zo" (Τώρα ζω) İndi mən yaşayıram 20 4 16 Almanca Timna Brauer "Die Zeit ist einsam" Zaman təkdir 18 12 17 İsveçcə Lasse Holm və Monika Törnell "E' de' det här du kallar kärlek?" Sevgi dediyiniz budur? 5 78 18 Danca Lise Haavik "Du er fuld af løgn" Yalanlar ilə dolusan 6 77 19 Fincə Kari Kuyvalaynen "Never The End" Heç vaxt Son 15 22 20 Portuqalca Dora "Não sejas mau para mim" Mənə belə pis olmayın 14 28
Nəticələr Səsvermə nəticələri Cəmi Lüksemburq 117 5 8 12 8 1 8 2 4 7 10 12 8 10 10 2 4 6 Yuqoslaviya 49 2 7 5 7 3 3 1 3 4 12 1 1 Fransa 13 3 7 3 Norveç 44 4 4 2 6 6 5 6 6 5 Böyük Britaniya 72 4 10 6 6 2 4 2 5 2 3 8 8 10 2 İslandiya 19 5 2 6 4 2 Niderland 40 1 2 7 1 8 10 1 3 7 Türkiyə 53 6 12 2 6 8 3 6 8 2 İspaniya 51 7 4 6 1 2 8 1 5 3 7 3 1 3 İsveçrə 140 12 6 7 5 5 3 12 10 4 12 10 12 5 4 12 4 7 10 İsrail 7 1 1 5 İrlandiya 96 3 8 3 2 8 5 12 6 2 12 7 12 8 8 Belçika 176 10 10 12 8 10 10 10 12 10 10 5 12 1 10 6 6 10 12 12 Almaniya 62 8 1 12 8 7 8 5 7 2 4 Kipr 4 3 1 Avstriya 12 2 1 2 6 1 İsveç 78 5 7 2 7 3 12 3 7 12 4 5 6 5 Danimarka 77 5 10 6 7 4 5 3 10 4 7 7 4 5 Finlandiya 22 6 1 1 8 3 3 Portuqaliya 28 4 4 4 8 7 1
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:1986-cı ildə Norveç