Mixlyayevin evi — Kazanın ən qədim daş binalarından biri. Petropavlovsk kilsəsi binaya bitişik tikilib. Bina onun sifarişçisi və sahibi olan İvan Mixlyayevin şərəfinə adlandırılıb. Musa Cəlil küçəsi 19 ünvanında yerləşir. 1739-cu il məlumatlarına əsasən Kazanda olan yeganə daş bina.

Tarixi Bina 1723-1725-ci illərdə tacir İvan Mixlyayevin sifarişi ilə tikilib. Şəhər əfsanələrinə əsasən 1722-ci ildə bu binada I Pyotr qalmış və burada özünün 50 illik yubileyini qeyd etmişdir.

1728-ci ildə bina İ.Dryablova keçdi. 1774-cü ildən bina şəhərin mülkiyyətindədir və dövlət qurumları və icarədarların istifadəsində olub. 1895-ci ildə burada muzeyin açılması planlaşdırılıb. Hazırda bina "DBC Tatarıstanın Mədəni İrsi Mərkəzi"-nin balansındadır.

Memarlığı Aşağı daş mərtəbənin otaqlar çox güman XVII əsrin sonları XVIII əsrin əvvəllərində tikilib.

Şəkilləri

Həmçinin bax Bornay məscidi Qaliyev məscidi

İstinadlar

Xarici keçidlər Mixlyayevin evi - Kazanın ən qədim daş binalarından biri / Idel.Реалии

Kateqoriya:Tatarıstan abidələri