Kök-Suu rayonu (altayca: Кöк-Суу аймак / Kök-Suu (Göksu) aymak, rusca: Усть-Коксинский муниципальный район) Rusiya Federasiyasının tərkibində olan Altay Respublikasının rayonu.

Tarixi Kök-Suu sözü altaycada göksu (mavi su) mənasını verir. Rusların rayon ərazisinə gəlişi XIII əsrdə olmuşdur. 16 sentyabr 1924-cü ildə mərkəzi Katanda kəndi olan Uymon rayonu yaradıldı. 10 aprel 1933-cü ildə rayonun adı Kök-Suu olaraq dəyişdirildi və mərkəzi Ust-Koksu kəndinə köçürüldü.

Coğrafiya Coğrafi olaraq Altay Respublikasının cənub-qərb hissəsində, Qazaxstanla sərhəddə yerləşir. Rayonun sahəsi 12,958 km²-dir. Altay Respublikasının rayonları arasında ərazisinə görə üçüncü yeri tutur. Dağ-çöl ərazilərindən ibarətdir. Rayonda 439 göl var. Ən böyük olanları: Talmen (Taymen), Multin gölü və Kacurlı (Kudyurlu, Kuçerlin) gölüdür.

Əhali 2015-ci ildə əhalinin sayı 16 585 nəfər olmuşdur. (2015-ci il) İllərə görə əhali sayı 1959 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201516080174811743717394175001750017400 1752417610170201706317063169881679416585

Əhalinin əsas məşğuliyyəti meşə məhsulları ticarəti, tibbi və texniki xammal istehsalı, heyvanvandarlıq, arıçılıqdır. Həmçinin dağ turizimi və ovçuluq turizmidir.

İstinadlar

Xarici keçidlər Altay Respublikası Rayon haqqında məlumatlar Kök-Suu rayonunun rəsmi saytı Kateqoriya:1923-cü ildə yaranmış dövlətlər və ərazilər