thumb|200px|Fəllucədə 155 millimetrli haubitsa Haubitsa (, , ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.

Həmçinin bax 203 mm Haubitsa M-1931 (B4)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Silahlar