VİNİPOL VB-2 () aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir.
Xassələri aşqarı eynicinsli, şəffaf, rəngi — açıq sarı rəngdən sarı rəngə çalır. Göstəriciləri Miqdarı20oC temperaturda 10% vinipolun benzolda məhlulunun kinematik özlülüyü, cCt, az olmamalı 7 Açıq putada alışma temperaturu, oC 180 Mexaniki qarışıqların miqdarı, % 0,07 1%-li aşqarın AMГ-10 — da məhlulunun 50oC-də qatılaşma dərəcəsi, % 28–35 Həll olma qabiliyyəti tam Saxlanma müddəti, ay 6
VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil.
Alınması Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000–12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır.
Tətbiqi VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.
Mənbə А. М. Кулив "Химия и технология присадок к маслам и топливам", Изд. "Химия", Л., 1985, 315 с. Винипол марки ВБ-2 — Vitahim www.vitahim.ru
Kateqoriya:Aşqarlar