Mixalina Anna Vislotskaya (, evlilikdən öncə Braun (); ) — Polşa ginekoloqu, seksoloq, kommunist düşərgəsi ölkələri üçün seks mədəniyyətinə dair ilk ekspert vəsaiti olan "Sevgi sənəti" kitabının müəllifi.Вольская, Элиза. Старая Вислоцкая на новые времена // Новая Польша. — 2017. — № 5.

Həyatı Mixalina Braun ziyalı ailədə anadan olmuşdur. Onun atası Lodz şəhərində məktəb müəllimi (sonradan direktoru) idi, zadəgan ailəsindən gələn anası isə polyak dili üzrə dərslər keçirdi. İkinci Dünya Müharibəsindən əvvəl ailə məktəb binasında yaşayırdı, lakin 1939-cu ildə Krakova köçmək məcburiyyətində qaldı. Tezliklə Mixalina 12 yaşında tanış olduğu kimyaçı Stanislav Vislotski ilə evləndi. Cütlük Varşavaya köçdülər və orada xəstəxanada işləməkdən savayı nasiszmə müqavimət hərəkatının üzvləri idilər.Michalina Wisłocka. Malinka, Bratek i Jaś. — Warszawa : Prószyński i S-ka, 1998. — P. 47–48. — 251 p. — ISBN 83-7180-862-3​.

1952-ci ildə Vislotskaya Vrotslav Tibb Universitetini bitirdi. 1959-cu ildə mamalıq və ginekologiya ixtisaslaşmanı aldı, 10 ildən sonra isə tibb elmləri doktoru adını qazandı. 1957-ci ildə, professor Boqdan Bednarski ilə birlikdə Vislotskaya gənclərin cinsi tərbiyəsinin verilməsinin tərəfdarı olan Şüurlu Analıq Cəmiyyəti adlı qurumun həmtəsisçisi oldu.

1978-ci ildə Vislotskayanın "Sevgi sənəti" adlı kitabı nəşr olundu, bununla Polşada cinsiyyət və insan cinsi davranışının açıq müzakirələri artmağa başladı. Kitab bestseller oldu, ümumilikdə 7 milyon nüsxədən çox satıldı.

Polşa Prezidentinin 9 sentyabr 1997-ci il tarixli Fərmanına uyğun olaraq, Mixalina Vislotskaya Polşa Dirçəliş Ordeninin kavaler xaçına layiq görüldü.

Mixalina Vislotskaya Varşava xəstəxanalarının birində səbəbi miyokard infarktı olan ağırlaşmalara görə vəfat etdi. 11 fevral 2005-ci ildə Varşava Lüteran qəbiristanlığında dəfn edildi.

Xatirəsi Lübnevits şəhərində sevgi parkı və həmçinin Lodz şəhərindəki şəhər bağçalarından biri Mixalina Vislotskayanın şərəfinə adlandırılıb.

2017-ci ildə Mariya Sadovskayanın rejissorluğu ilə Polşanın ən məşhur ginekoloqu və seksoloqu haqqında bioqrafik film çəkildi.

Nəşrləri Hamiləliyin qarşısının alınması texnikası () — 1959 Hamiləliyin qarşısının alınması üsulları () — 1976 Sevgi sənəti () — 1978 Sevgi mədəniyyəti () — 1980 Seks kaleydoskopu () — 1986 Sevgi sənəti: iyirmi il sonra () — 1988 Sevgi sənəti: "M" vitamini () — 1991 Sevgidə uğur () — 1993 Malinka, Bratek və Yas () — 1998 Həyat eşqi: qayğısız bir vaxtın xatirələri () — 2002

İstinadlar

Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Ginekoloqlar Kateqoriya:Polşa yazıçıları Kateqoriya:Varşava Lüteran qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Vrotslav Tibb Universitetinin məzunları