Fulalar, Fulanilər və ya Fulbe xalqı (yerli dildə Fulbe, , ) — Sahel və Qərbi Afrikada geniş yayılmış ən böyük etnik qruplarından biridir. Bir çox ölkələrdə məskunlaşaraq, əsasən Qərbi Afrika və Mərkəzi Afrikanın şimal hissələrində, eyni zamanda Cənubi Sudan, Sudan və Qırmızı dəniz sahillərinə yaxın bölgələrdə yaşayırlar. Fula xalqının təxmini sayı Fula etnik mənsubiyyətinə dair təriflərə zidd olduğuna görə məlum deyil. Müxtəlif hesablamalar bu rəqəmi dünyada 25 ilə 40 milyon arasında təqdim edir.

Fulaların bir hissəsi — təxminən üçdə biri və ya təxminən 12 ilə 13 milyonu köçəri maldarlıqla məşğuldur və etnik qrupları dünyanın ən böyük köçəri maldar icmasına sahibdir., Quote: The Fulani form the largest pastoral nomadic group in the world. The Bororo'en are noted for the size of their cattle herds. In addition to fully nomadic groups, however, there are also semisedentary Fulani —Fulbe Laddi— who also farm, although they argue that they do so out of necessity, not choice. Fula etnik qrupunun əksəriyyəti yarı oturaq adamlardan, həm də oturaq məskunlaşmış əkinçilərdən, sənətkarlardan, tacirlərdən və zadəganlardan ibarətdir. Etnik bir qrup olaraq, Fula dili, tarixi və mədəniyyətləri ilə bir-birinə bağlıdırlar. Fulaların 96%-dən çoxu müsəlmanlardır.

Məskunlaşma Fula xalqı Atlantik sahillərindən Qırmızı dənizə qədər, xüsusilə Qərbi Afrikadakı Sahel boyunca geniş yayılmışdır. Onların iştirak etdikləri ölkələrə Mavritaniya, Qana, Seneqal, Qvineya, Qambiya, Mali, Nigeriya, Sierra Leone, Benin, Burkina Faso, Qvineya Bisau, Kamerun, Kot-d'İvuar, Niger, Çad, Toqo, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Liberiya və Sudan və Misirdəki Qırmızı dənizə qədər şərqdəki ərazilər daxildir.

İstinadlar

Kateqoriya:Sudanda yaşayan etnik qruplar Kateqoriya:Seneqalda yaşayan xalqlar Kateqoriya:Nigeriyada yaşayan etnik qruplar Kateqoriya:Nigerdə yaşayan etnik qruplar Kateqoriya:Mavritaniyada yaşayan etnik qruplar Kateqoriya:Malidə yaşayan etnik qruplar Kateqoriya:Qambiyada yaşayan xalqlar Kateqoriya:Çadda yaşayan etnik qruplar Kateqoriya:Afrika xalqları Kateqoriya:Köçəri xalqlar