Zlata Filipoviç (; ) — Bosniyalı yazıçı və tərcüməçi.
Həyatı və əsərləri 1991–1993-cü illərdə yazılan və Bosniya müharibəsi hadisələrinin əks olunduğu "Gündəlik" əsəri (1994) ilə məşhurlaşmışdır. Əsər tez-tez Anna Frankın gündəliyi ilə müqayisə olunur.
1993-cü ildə Zlata ailəsi ilə birlikdə Fransaya köçə bildilər. 2001-ci ildə o, humanitar elmlər ixtisası üzrə Oksford Universitetini bitirdi, Dublində yaşayır. Onun redaktorluğu və ön sözü ilə Nyu Yorkda "Kəsilmiş səslər: Birinci Dünya və İraq müharibələrinə qədər yeniyetmə gündəlikləri" toplusu nəşr edildi (2006).
Tanınması Gündəlik təlçə 1994-cü ildə bir neçə dəfə nəşr edildi və sonra 1995, 1998, 2004, 2006-cı illərdə ingilis dilində təkrar nəşr edilmişdir. O, fransız, alman, ispan, niderland, norveç, fin, macar, türk, çin, koreya dillərinə tərcümə edilmişdir. Soyqırıma həsr olunmuş ensiklopediya, müntəxəbat və antologiyalarda yer almışdır.
İstinadlar
Ədəbiyyat Palisin V. Zlata’s diary: a child’s life in Sarajevo. Villa Maria: Center for Learning, 1996 Straub D. G., Browne R. B. Contemporary heroes and heroines. Detroit: Gale Research, 1998
Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Bosniya müharibəsinin iştirakçıları Kateqoriya:Bosniya və Herseqovinanın qadın yazıçıları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Uşaq hüquqları