Əli Nağı Məmmədhəsən oğlu Hüseynov () — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri.Соловьев, Денис (2019). Командно-начальствующий состав Красной Армии в Советско-Финляндской войне 1939-1940. Том 1. ISBN 978-5-532-10005-3.
5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir."Биография Гусейнов, Али Наги Мамедгасан оглу". Libris.
Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu."Гусейнов Али Наги Мамедгасан оглу, полковник ". КОМАНДИРЫ СОЕДИНЕНИЙ.
Yaralandı, 1942-ci ilin fevral ayında hospitalda müalicə olunduqdan sonra, 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri təyin edildi. 4 oktyabr 1942-ci ildə 402-ci Atıcı Diviziyası Qudermesə köçürüldü və burada Zaqafqaziya Cəbhəsinin Şimal Qrupunun 44-cü Ordusunun 9-cu Atıcı Korpusunun tərkibinə daxil oldu. 1942-ci il oktyabrın 3-dən 27-dək diviziya Qroznının yaxınındaki Terek çayının sağ sahilini müdafiə edib. 44-cü Ordu komandiri general-mayor Vasili Xomenkonun əmri ilə 30 Noyabr 1942-ci ildə 402-ci Diviziya 114-cü və 416-cı Atıcı Diviziyaları və 5-ci Qvardiya Don Kazak Süvari Korpusu ilə birlikdə Şeftovo-Mozdok istiqamətində düşmənin Mozdok qrupunu məğlub etmək və Mozdoku azad etmək üçün hücuma keçir və 12 dekabr tarixində Mozdoku azad edir."Гусейнов Али Наги и его жена Давудова Халимат ". Наш Баку.
İstinadlar
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:SSRİ polkovnikləri