Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Azərbaycanın Əməkdar Həkimi, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın atası.

Həyatı

Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi.

Cəbhədən dönəndən sonra Leninqrad Tibb institutunda təhsil almışdı. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kimi çalışmışdı.

Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətlə yetirilib.

Mükafatları Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdi.

Əziz Xələfov eyni zamanda çoxillik və qüsursuz tibbi fəaliyyətinə görə də bir çox orden və medallarla təltif olunmuş, "AZərbaycanın Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdü.

Mənbə Ənvər Çingizoğlu. Sərdarlı kəndi. Bakı, "Elnur-P", 2005, 320 səh.

Həmçinin bax

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Füzulidə doğulanlar