«Qazaxıstan Dəmir Yolları» (QDY; ) — Qazaxıstanın magistral dəmir yolu şəbəkəsinin ən böyük operatoru. Tam adı - "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti "Səhmdar Cəmiyyəti"Устав акционерного общества «Национальная компания „Қазақстан темір жолы“» Согласно уставу общества официальное наименование на русском языке — АО «Национальная компания „Қазақстан темір жолы“».. Qazaxıstan Dəmir YollarınIn əsas ofisi Qazaxıstanın paytaxtı Astanadadır. Sahibləri və maliyyə vəziyyəti Yeganə səhmdar Şirkətin yeganə səhmdarı Samruk-Kazına Milli Fondudur. Səhmlərinin 100%-i Qazaxıstan Respublikası Hökuməti tərəfindən nəzarət olunur (Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi vasitəsilə).

Maliyyə vəziyyəti 31 dekabr 2016-cı il tarixinə QDY kreditorlara olan ümumi borcu 1.239.679.774.000 tengə (ekvivalenti 3.6 milyard dollar) təşkil etmişdir. Kredit və digər öhdəliklərə xidmət göstərmək sərnişin daşınmasından əldə olunan gəlirləri üstələyir. 2015-ci ilin avqustunda baş verən devalvasiyadan əvvəl borcun miqdarı 6 milyard dolları keçib. Təqaüd fondları pensiya yığımları səbəbindən Qazaxıstan Dəmir Yollarının borclarının ödənilməsi variantlarını da nəzərdən keçirir

Layihələri 2011-ci ilin fevral ayında Pekində, Qazaxıstan Dəmir Yolları ilə Çin Xalq Respublikasının Dəmir Yolları Nazirliyi arasında, ölkədə ilk, Orta Asiyada (Özbəkistandan sonra) ikinci, MDB-də (Rusiyadan sonra) üçüncü yüksək sürətli dəmir yolunun (HSR) inşası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanır. Astana-Almatı yüksək sürətli dəmir yolu Talqo qatarları ilə təmin olunacaqdır. Dəmir yolunun uzunluğul 1011 km olacaqdır Planlaşdırılan qatarın sürəti saatda 250 km, səyahət müddəti 5 saatdır. Xəttin inşası 2014-cü ilə planlaşdırılıb, texniki-iqtisadi əsaslandırma üzərində iş aparılır.

Qazaxıstan Astanadan Urala və Rusiyanın mərkəzi hissələrinə, uzunmüddətli perspektivdə isə Avropaya gedəcək beynəlxalq Avrasiya sürətli Pekin-Moskva şəbəkəsinin qurulmasında iştirak edəcəkdir.

Maraqlı fakt Qazaxıstan Dəmir Yolları Qazaxıstanın ən böyük şirkətidir: ölkə əhalisinin təxminən 1% -i dəmir yolu sənayesində çalışır. 1958-ci ildə qurulmuş, uzunluğu 11 min km-dən çox olan Qazaxıstan dəmir yolu SSRİ-də ən böyük idi. Qazaxıstanın ən uzun qatar yolu Almatı-Manqışlakdır (3269 km, səyahət müddəti 70 saat 13 dəqiqə). 20 fevral 1986-cı ildə Qazax SSR-də dünya rekordu qoyulur: Selinn Dəmir Yolunda ümumi çəkisi 43,4 min ton və uzunluğu 6,5 km olan 440 vaqonu aparan lokomativ xəttə olur. Şirkət Astana futbol klubunun və "Barıs" hokkey klubunun sponsorudur. 8 Qazaxıstan Dəmir Yollarının 40 mərtəbəli 174 metrlik baş ofisi Astana, Qazaxıstan və Orta Asiyadakı ən hündür binalardan biridir.

İstinadlar

Kateqoriya:Qazaxıstan şirkətləri Kateqoriya:1997-ci ildə yaranan şirkətlər