Latvenerqo () — Latviya dövlət enerji şirkəti, ölkənin elektrik enerjisinin təxminən 70%-nı istehsal edir.Latvenergo Həm müəssisələr, həm də respublika sakinləri üçün elektrik enerjini təchiz edir.

Tarixi və fəaliyyəti 1958-ci ildə Latviya SSR dövründə yaradıldı.

Latvenerqonun tərkibinə aşağdakilar daxildir:

ümumi təsis olunmuş gücü 1537.4 MVt olan dörd su elektrik stansiyası: Ayviyekste SES Kequms SES Plyavin SES Riqa SES ümumi elektrik gücü 474 MVt və istilik gücü 1525 MVt-a qədər olan iki istilik elektrik stansiyası; Riqa İES-1 Riqa İES-2 gücü 1.2 MVt olan Aynaji şəhəri yaxınlığındaki külək elektrik stansiyası.

Latvenerqo, Latvijas elektriskie tīkli adlı elektrik təchizatı şirkətinin ana şirkətidir, bölüşdürücü sistemi isə Latvenerqo şirkətinin keçmiş törəməsi olan Augstsprieguma tkkls tərəfindən idarə olunur.

Latvenerqo eyni zamanda təsis olunmuş elektrik gücü 12 MW və istilik gücü 427 MW olan Liepājas enerasija şirkətinin şərikidir.

1979–1987-ci illərdə Latvenerqo Dauqavpils su-elektrik stansiyasının tikintisində iştirak etmişdir. Bu layihə hazırda dayandırılıb; .irkət rəhbərliyi, Latvenerqonun bu su-elektrik stansiyasının tikintisi ideyasına qayıtmayacağını bildirdi, çünki onun inşası Belarus Respublikasının ərazisinə keçir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Latvenergo Group Consolidated Financial Statements 2010 Latvenergo, AS

Kateqoriya:Latviya şirkətləri Kateqoriya:1958-ci ildə yaranan şirkətlər Kateqoriya:Latviyada energetika