Tanju Çolak (; anadan olub 10 noyabr 1963-cü il, Samsun, Türkiyə) — Türkiyə futbolçusu, hücumçu. Tanju Çolak türk futbol tarixinin 335 gol ilə ən qolçu futbolçusu hesab olunur.https://nediyor.com/turkiyenin-spor-tarihini-degistiren-10-efsane-sporcumuz/ Türkiye’nin spor tarihini değiştiren 10 efsane sporcumuz https://web.archive.org/web/20170521152959/https://nediyor.com/turkiyenin-spor-tarihini-degistiren-10-efsane-sporcumuz/ 39 qol ilə Super Ligdə bir mövsümdə ən çox gol atan futbolçusu və 6 qol ilə Super Ligdə bir oyunda ən çox qol atan futbolçusu rekorduna da malikdir. Avropanın Qızıl buts mükafatını alan tək türk futbolçusu. Tanju Çolak həm də Super Ligdə 240 qol atan 2 futbolçudan biridir.

Klub karyerası Futbola 10 yaşında, Samsun Yolsporda başladı. Daha sonra Samsunspor transfer olmuşdur. Tanju Çolak, 2 dəfə 1. Liq, 5 dəfə isə ardıcıl Super Liqdə qol kralı olmuşdur.

Samsunsporda 4 dəfə qol kralı olmuşdur (1983–84, 1984–85, 1985–86, 1986–87). Bu uğurlardan sonra 1987–88 mövsümündə Galatasaray klubuna transfer olmuşdur. Galatasaray formasıyla ilk mövsümdə 39 qol ataraq toplam 5-ci dəfə, Super Liqdə isə üçüncü dəfə qol kralı olmuşdur. Həm də Metin Oktaya aid bir mövsümdə ən çox qol atma rekordunu qırdı. Çolak eyni zamanda Avropa liglərində o ill ən çox qol atan futbolçu ünvanını aldı. 1988–89 mövsümündə UEFA Çempionlar Liqası turnirində yarmfinal oynayan Qalatasarayın tərkibində oynayan Tanju Neuchâtel Xamax və Monaco FK atdığıı qolları ilə diqqəti cəlb etdi. 1989-cu ildə Zikonun yubiley maçında Tanju Çolak heyətə düşə bilmişdir.http://amkspor.sozcu.com.tr/2013/03/27/tanju-ve-ridvan-ziconun-jubilesinde-111509/ Tanju ve Rıdvan Zico’nun jübilesinde AMK Spor Gazetesi27 mart 2013 https://web.archive.org/web/20160127163003/http://amkspor.sozcu.com.tr/2013/03/27/tanju-ve-ridvan-ziconun-jubilesinde-111509/%7C 1990–91-ci il mövsümündə dördüncü qol krallığına yetişdi.

Milli yığma karyerası 55 dəfə milli yığmaya çağrılan Tanju Çolak 14 dəfə Türkiyə U-18, 10 dəfə Türkiyə U-21, 31 dəfə ilə Türkiyə millisinin formasını geymişdir ve toplam 12 qol vurmuşdur.

İstinadlar

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları