250px|thumb|right|Eyxmanın Argentinaya qaçmasına imkan verən Beynəlxalq Qırmızı Xaçın Rikardo Klement adına verilən fotoşəkilli pasport Eyxmanın qaçırılması — 1960-cı ilin mayında nasist müharibə cinayətkarı Adolf Eyxmanın Argentinadan İsrailə aparmaq üçün İsrail kəşfiyyat xidməti "Mossad"ın keçirdiyi əməliyyat. Əməliyyat qeyri-rəsmi aparılmışdı. Bu səbəbdən Argentina İsraili öz suverenliyini kobud şəkildə pozmaqda günahlandırdı. İsrail əməliyyatın qanunsuzluğunu, İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırdı. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün xolokost qurbanlarından rəsmi olaraq üzr istədi.
Tarixi Ümumiyyətlə keçmiş nasistlərin axtarışı və cəzalandırılması məsələsi İsraildə həmişə aktualığını saxlayırdı. Belə ki, ölkə əhalisinin əksəriyyəti özü Xolokostdan əziyyət çəkmiş və ya çox sayda qohumu, dostu və tanışı onun qurbanı olmuşdur. Ölkənin 200 minə yaxın sakini özləri konsentrasiya düşərgələri və gettolardan keçmişdilər.Терпеливый преследователь Адольфа Эйхмана рассказывает свою историю. Нью-Йорк Таймс. 19 марта 1961 İsrail üçün Adolf Eyxman axtarılan nasistlər siyahısında "bir nömrəli" adam idi və onun tutulması prinsip məsələsi sayılırdı.Александр Ступников. Иссер Харель: «Главная награда для меня — это существование моего государства — Израиля». Еврейский обозреватель (апрель 2008). Дата обращения 7 января 2009. Eyxman Vanze konfransının hazırlanmasında və keçirilməsində, sonra isə "yəhudi məsələsinin son həlli" (yəni Avropa yəhudiliyinin aradan qaldırılması) ilə bağlı qərarlarının icrasında mühüm rol oynamışdı. İkinci Dünya müharibəsi zamanında Avropa yəhudilərinin ölüm düşərgələrinə sürgün edilməsi üçün edilən bütün işlərə nəzarət edən də məhz o idi.Эйхмана процесс — статья из Электронной еврейской энциклопедии.
1945-ci ildə Eyxman onu axtaran Nasist Almaniyasını məğlub edən müttəfiq ölkələrin xüsusi xidmət orqanlarından qaçmağı bacardı. Eyxman 1950-ci ildə Argentinaya köçdü və Rikardo Klement adı altında Buenos Ayresdə yerləşdi; arvadı və üç oğlu iki il sonra ona qoşuldu, Eyxmanın dördüncü oğlu artıq Argentinada anadan oldu.
Axtarışlar İsrail kəşfiyyatının Eyxmanın izinə necə düşdüyünə gəldikdə isə bu haqda ya "Mossad"ın təqdimatına, ya da nasist ovçusu Tuvye Fridmanın hekayələrinə əsaslanan bir neçə versiya mövcuddur. Lotar Qerman Eyxmanın tapılmasının müxtəlif versiyaları arasındakı ziddiyyətlərə baxmayaraq, şübhəsiz ki, Lotar Qerman onun tutulmasında əsas rol oynamışdır. Lotar alman yəhudisi idi. Miliyyətcə alman qadın ilə evllilik də onun nasist repressiyalarından qaçmasına kömək etməmişdi. Kor olmasına baxmayaraq, Argentinada yaşayan Lotar keçmiş nasistlərin axtarışı ilə əlaqəli hadisələrlə maraqlanırdı və Eyxmanın yoxa çıxdığını və axtarıldığını bilirdi. Buna görə qızının Üçüncü Reyxə xidmət edən atasının keçmişi ilə öyünən Nikolas Eyxman adlı bir gənclə tanış olduğunu eşitdikdə Qerman bu məlumatı bildikləri ilə müqayisə etdi və söhbətin Adolf Eyxmanın oğlu haqqında getdiyini başa düşdü. O, şübhələri haqqında müvafiq yerlərə məlumat verdi.
Lotar Herman vəd edilmiş mükafatı ölümündən bir il əvvəl yalnız 1972-ci ildə aldı. Adı açıqlandıqda yerli nasistlər tərəfindən təhdidlərlə üzləşdi və busəbəbdən qızı Argentinadan ABŞ-a mühacirət etmək məcburiyyətində qaldı. Mossad fərziyəsi Lotar Qerman Buenos Ayresdəki alman koloniyasının üzvlərindən birinin həqiqətdə Adolf Eyxman olduğundan şübhələnərək Hessen torpağının (AFR) baş prokuroru Fritz Bauerə məktub ünvanladı. Fritz Bauer bu məlumatı israillilərə ötürdü.
İsrail kəşfiyyatı "Mossad"ın rəhbəri İsser Harelin "Cəladın qaçırılması" adlı kitabında, 19 sentyabr 1957-ci il tarixində baş prokuror Bauer Almaniya Federativ Respublikası ilə İsrail arasında təzminatın ödənilməsi ilə əlaqədar danışıqlarda İsrail nümayəndə heyətinin başçısı doktor Şnerə Eyxmanın Argentinada olduğu mümkün yer haqqında məlumat verdi. İsrail Xarici İşlər Nazirliyi vasitəsilə məlumat "Mossad"ın rəhbəri İsser Harelə çatdı.
Digər mənbələrə görə, Bauer Frankfurtdakı İsrail təhlükəsizlik xidmətinin nümayəndəsi Şaul Daroma, daha sonra hökumətin hüquq məsləhətçisi Haim Koenə müraciət etdi.
Tuvia Fridmanın fərziyəsi Başqa bir fərziyəyə görə nasistlərin konsentrasiya düşərgəsinin keçmiş məhbusu, "Yad Va Şem" İnstitutunun əməkdaşı (1957-ci ilin iyul ayına qədər) Tuvia Fridman Eyxmanın izinə düşmüşdü. 1957-ci ildə Fridman Hayfa şəhərində müstəqil bir "Nasistlərin cinayətlərinin sənədləşdirilməsi və araşdırılması İnstitutu" yaratdı və Eyxmanın yerini məlumat verən şəxsə Dünya Yəhudi Konqresinin prezidenti Nahum Qoldmandan 10.000 dollar mükafat təyin etməsi vədini aldı.
Fridman Eyxmanı tapmaq üçün ilk cəhdini 1945-ci ilin sonlarında Avstriyada gizli yəhudi təşkilatı "Mossad le Alia Bet" təmsil edən Aşer Ben-Nathan ilə birlikdə etdi. Həbs olunan Eyxmanın dostu və köməkçisi SS şturmbannfüreri Diter Vislicenidən ifadə alındıqdan sonra Eyxmanın sürücüsü və məşuqəsini tapmağa müvəffəq oldular. Məşuqəsinin mənzilindəki pusqu nəticə vermədi. Ancaq Eyxmanın ilk fotoşəkli məhz məşuqəsinin evindən əldə edildi.
1959-cu ilin avqust ayının sonunda Fridman Lüdviqsburqdakı (Almaniya) Nasist Cinayətlərinin Təhqiqatı Federal Mərkəzinin direktoru Ervin Şuledən Eyxmanın Küveytdə gizləndiyinə dair bir məktub aldı.
Fridman "Maariv" qəzetində işləyən tanış bir jurnalistə Moşe Meiselsə bu məlumatı yayımlamaq təklifi ilə müraciət etdi. Fridmanın sözlərinə görə, bunu Yom-Küpür günü ərəfəsində, yəni 11 oktyabr 1959-cu il tarixində "hökumət üzvlərinin vicdanını oyatmaq və həlak olanlar qarşısında borcumuzu xatırlatmağı" qərara aldı.
Mövzu gözlənildiyindən aktual oldu və böyük əks səda yaratdı. Dünyanın bir çox dərgisində təkrar nəşrlər oldu və ya ona istinad edildi. 1959-cu il oktyabrın 12-də bir İsrail nəşrinin məlumatları Buenos Ayresdə nəşr edilən alman dilli "Argentines Tageblatt" qəzetində yayımlandı. 1959-cu il oktyabrın 18-də Lotar Qerman Tuvia Fridmana Eyxmanın Küveytdə deyil, Argentinada olduğu haqqında məlumat göndərdi.
Lotar Qerman məktubunda yazırdı:
İsrail tarixçisi və jurnalisti Şimon Briman yazır ki, Fridman Qermanla daha üç məktub mübadiləsi apardı, sonra isə 1959-cu ilin dekabrında Tuvia onun "Mossad" əməkdaşları ilə əlaqə yaratmasına kömək etdi.
Əksər mənbələrdə Tuvia Fridmanın bu işdə adı qeyd edilməməsinə baxmayaraq, onun adı İsraildə yayımlanan Eyxmanın tutulmasında iştirak edənlərin rəsmi siyahısındadır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Simon Vizentalın adı eyni siyahıdadır, baxmayaraq ki, onun Eyxmanın ələ keçirilməsindəki rolu tam aydın deyil və həm Harel, həm də Fridman tərəfindən onun iştirakı rədd edilir.
Ünvan "Mossad" Eyxmanın həyat yoldaşının Argentinadan gələn bir almana ərə getdiyini və bir müddət sonra onunla birlikdə Cənubi Amerikaya yola düşdüyünü öyrəndi. Beləliklə, adını və pasportunu dəyişdirən Eyxmanın özü ilə evləndiyinə dair bir ehtimal yarandı. "Mossad" bunu dəqiqləşdirmək üçün Argentinaya agentlərini göndərdi. Onlar Eyxmanı izləyərək onun Rikardo Klement adı altında gizləndiyinə və başqa bir qaçaq nasist olmadığına tam əmin oldular.
Lotar Qermanın köməyi ilə Eyxmanın ailəsinin yaşadığı ünvan dəqiqləşdirildi: Buenos Ayres, Olivos rayonu, 4261 Çakabuko küçəsi. Ev fasiləsiz nəzarət altına alındı. Bununla birlikdə, agentlər buranın çox kasıb bir rayon olduğunu, evin də Avropadan xeyli məbləğdə pulla gələn yüksək rütbəli bir nasist üçün uyğun olmadığı söyləyirdilər.
1958-ci ilin əvvəlində Eyxman Çakabuko rayonundakı evdən köçdü və yenidən israillilərin nəzarəti aqltından yoxa çıxdı. 1959-cu ilin dekabrında Argentinadakı "Mossad" agentləri yenidən Eyxmanın izinə düşdülər. Onun yeni ünvanı müəyyənləşdirildi: Buenos Ayres, San Fernando məhəlləsi (), Qaribaldi küçəsi. Ev Veronika Katarina Libl de Fixman adına alınmışdı. Bu ad, soyaddakı bir hərf istisna olmaqla (Fixman yerinə Eyxman) Eyxmannın həyat yoldaşının adı ilə üst-üstə düşürdü.
Şəxsiyyəti müəyyənləşdirmə Harel "Şabak"ın təcrübəli təhlükəsizlik təhqiqatçısı Zivi Aaroni Argentinaya göndərməyə qərar verdi. O, 1960-cı il fevralın 29-da Buenos Ayresə gəldi. Onun 4 köməkçisi var idi. Onların arasına İsrailin Argentinadakı səfirliyinin hərbi attaşesi İsak Elron və onun həyat yoldaşı Sara da daxil idi.
Eyxmanın şəxsiyyətinin əlavə təsdiqlənməsi 1960-cı il martın 21-də Klementin evində bayram keçirildiyi zaman alındı. Eyxmanın sənədlərini araşdırdıqdan sonra agentlər bu gün Veronika və Adolf Eyxman cütlüyünün toylarının iyirmi beşinci ildönümünü qeyd etməli olduqlarını müəyyən etdilər.. 1960-cı il aprelin 3-də müşahidəçilər gizlincə Eyxmanın yeni evinin yaxınlığında onun fotoşəkilini çəkməyə müvəffəq oldular. Zivi Aaroninin topladığı fotoşəkillər və məlumatlara əsasən Eyxmanın şəxsiyyətinin müəyyənləşdirilməsinin kifayət qədər etibarlı əsaslara malik olduğu qərara alındı. Harel onu qaçırmağı planlaşdırmağa başladı; lakin tələ keçirilmə əməliyyatı zamanı şəxsiyyətin son təsdiqlənməsi baş verməli idi..
Hazırlıq Qaçırma qərarı Eyxmanın yerini müəyyənləşdirən İsrail höküməti onu gizli şəkildə Argentinadan İsrailə aparmaq qərarına gəldi. Eyxmanın ekstradisiya etmək cəhdinin onun növbəti dəfə yoxa çıxmasına səbəb olacağı təhlükəsi var idi.
1945-ci ildən sonra Argentina nasistlər üçün əsl sığınacaq yeri kimi ad çıxarmışdı. Hitlerə rəğbət bəsləyən Argentina Prezidenti Xuan Peron saxta sənədlər ilə çox sayda almanın ölkəsinə girişinə nəinki göz yumur, həm də onların Avropadan qaçmasına kömək edirdi. Bir çox keçmiş nasist hətta Argentina silahlı qüvvələrində işə düzəlirdi.
Hərbi xunta tərəfindən Peronun 1955-ci ildə devrildiyi vaxt, Argentina elitasında və xüsusən güc strukturlarında nasist əhval-ruhiyyəsi çox güclü idi. Eyxmanın ekstradisiyası ehtimalı israillilər tərəfindən çox az qiymətləndirilirdi və heç kim cinayətkarın yenidən qaçıb gizlənməsini istəmirdi. Bundan əlavə, Harelin yazdığı kimi, Eyxman Almaniyaya verilə bilərdi və müharibənin bitməsindən 15 il sonra Avropadakı nasistlər çox yumşaq hökmlər almağa başladılar. İsraillilər köhnə günahları bağışlamaq meylinə görə Eyxmanın ümumiyyətlə məsuliyyətdən kənar qalacağından qorxurdular.
Əməliyyatın işlənməsi və hazırlığı Eyxmanın qaçırılması əməliyyatına şəxsən "Mossad" direktoru İsser Harel rəhbərlik edirdi. Rafi Eytan operativ qrupun komandiri təyin edildi. Əməliyyatın bütün iştirakçıları könüllülər idi. Onların əksəriyyəti ya müharibə zamanı nasistlərdən əziyyət çəkmiş, ya da ölən qohumları olmuşdur. Əməliyyat iştirakçılarına Eyxmanın İsrailə təhlükəsiz və sağlam şəkildə çatdırılmasının vacibliyi xəbərdarlığı edilmişdi..
Əməliyyata hazırlıq 1959-cu ilin sonlarında, birbaşa həyata keçirilməsinə hazırlıq isə 1960-cı ilin aprelində başladı. "Mossad" əməliyyatçıları Argentinaya ayrı-ayrı ölkələrdən və müxtəlif vaxtlarda gəlirdilər. Bu səfərləri təşkil etmək üçün "Mossad" hətta saxta səyahət şirkəti yaratmışdı. Əməliyyatın keçirilməsi İsrail nümayəndə heyətinin Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos Ayresə gələn rəsmi səfərinə həsr olunmuşdu. İsrailin Argentina ilə müntəzəm hava əlaqəsi olmadığından Eyxmanın rəsmi İsrail nümayəndə heyətinin təyyarəsində qaçırmaq qərara alındı. "El Al" aviaşirkətinin rəhbərliyi gizli əməliyyat barədə məlumatlandırıldı. Təyyarənin mayın 19-da Buenos Ayresə uçmağı və mayın 20-də geri qayıtması lazım idi..
Aprelin 26-da ilk əməliyyat qrupu Eyxmanı izləməyə başladı, aprelin 29-da isə Harel əməliyyata birbaşa rəhbərlik etmək üçün Argentinaya uçdu. Ümumilikdə əməliyyatda 30 nəfər iştirak edirdi, onlardan da 12-si bilavasitə ələ keçirilmə, qalanları isə dəstək və təminatla məğul olmalı idi.