Ştadttempel (almancadan tərcümədə "şəhər məbədi") və ya Seitenstettengasse Məbədi — Avstriyanın paytaxtı Vyana şəhərinin əsas sinaqoqudur. Ərazi Qədim şəhərdə, Seitenstettengasse 4-də yerləşir.
Tarixi Sinaqoq 1824–1826-cı illərdə tikilmişdir. Dəbdəbəli Stadttempel, bir ev blokunun içinə yerləşdirilimiş və prospektin açıq mənzərəsindən gizlədilmişdir. Çünki İmperator II İosif tərəfindən verilən qərara görə yalnız Roma Katolik ibadət yerlərinin ictimai prospektlərə açıq bir fasadda tikilməsinə icazə verilirdi.
Bu sərəncam 1938-ci ilin noyabr ayında Kristal gecə zamanı sinaqoqu tamamilə məhv olmaqdan xilas etdi, çünki sinaqoq yerləşdiyi binaları yandırmadan məhv edilə bilməzdi. Nasistlər Vyanadakı digər 93 sinaqoq və yəhudi ibadət evlərini dağıtdığından Stadttempel şəhərdəki İkinci Dünya müharibəsindən sağ çıxmış yeganə sinaqoq idi.The Jewish Community of Vienna: Existing against all the Odds, Sonia Misak, Jerusalem Letters, No. 356 8 Nisan 5757 / 15 April 1997Staff. The Stadttempel Synagogue, Vienna , Beth Hatefutsoth. Accessed July 4, 2009.Bagley, Chris. "Austrian Jews have yet to regain numbers" , San Francisco Chronicle, November 9, 2008. Accessed July 4, 2009.
1950-ci ilin avqustunda, Teodor Herzl və valideynlərinin tabutları, İsraildə dəfn edilmədən əvvəl sinaqoqda nümayiş olundu.The Stadttempel Synagogue, Vienna Theodor Herzl, the Jew and the man: a portrait, Oscar Benjamin Frankl, Storm, 1949, p. 136.
1981-ci il Vyana sinaqoquna edilən hücumda, sinaqoqdakı bir bar mitzvah mərasimində olan iki nəfər Fələstinli ərəb terrorçularının sinaqoqa pulemyot və əl bombaları ilə hücum etməsi nəticəsində öldürüldü və otuz nəfər yaralandı.via Associated Press. "Around the World; Palestinians Get Life In Austrian Slayings" , The New York Times, January 22, 1982. Accessed July 4, 2009.
Bu gün sinaqoq, təxminən 7000 üzvü olan Vyana Yəhudi Birliyi üçün əsas ibadət evidir. Sinaqoq tarixi bir abidə elan edilmişdir.
Memarlıq link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Stadttempel-_Vienna.jpg|thumb|Seitenstettengasse 4-də ibadət evi olan yəhudi icmasının əsas binası|221x221pxSinaqoq Lixtenşteyn şahzadəsi I Cozefin saraylar, teatrlar və digər binalar tikdirdiyi Vyana memarı Jozef Kornhäusel tərəfindən zərif Bidermayer üslubunda tərtib edilmişdir. Tikintiyə rəsmi bələdiyyə memarı Yakob Heinz nəzarət edirdi.Rachel Wischnitzer, Architecture of the European Synagogue, Jewish Publication Society of America, 1964, p. 178.
İki beşmərtəbəli yaşayış evi sinaqoq ilə eyni vaxtda inşa edilmiş, memar tərəfindən sinaqoqu dözümlü dinlərin üzvlərinə ibadət etməyə yalnız gizli fasadlarda qurulmuş binalarda icazə verən qaydalara uyğun olaraq hazırlanmışdır.Kaplan, Benjamin J., Religious Conflict and the Practice of Toleration in Early Modern Europe, Harvard University Press, 2007, Chapter 8, pp. 193. Sinaqoq Seitenstettengassedəki 4 saylı mənzil binası ilə struktur olaraq əlaqələndirilib.
Sinaqoq özü bir oval şəklindədir. On iki İon sütundan ibarət bir halqa iki pilləli qadın qalereyasını dəstəkləyir. Bina günbəzin mərkəzindəki klassik Bidermayer üslubunda çılçıraq ilə işıqlandırılmışdır.
Sinaqoqun həsr olunduğu bir vaxtda hazırlanmış və sinaqoqun daxili təsviri ilə bəzədilmiş xatirə şüşəsi indi Yəhudi Muzeyinin (Nyu-York) kolleksiyasındadır.ART VIEW; HALLOWED OBJECTS THAT HAVE COME THROUGH THE FIRES, New York Times, June 1, 1986, John Russell , https://www.nytimes.com/1986/06/01/arts/art-view-hallowed-objects-that-have-come-through-the-fires.html?&pagewanted=2
Sinaqoq 1895-ci ildə yenidən bərpa edildi və 1904-cü ildə yəhudi memarı Vilhelm Stiassni tərəfindən ciddi bəzək əşyaları əlavə edildi və memarlıq tarixçisi Raçel Visçnitzerin fikrincə, "dizaynın sakit harmoniyası yeniləmə ilə korlandı". Kristal gecədə vurulan ziyan 1949-cu ildə təmir edildi. "Stadttempel" 1963-cü ildə professor Otto Niedermoser tərəfindən yenidən quruldu.
İstinadlar
Xarici keçidlər The Stadttempel, Vienna
Kateqoriya:Qədim şəhərdə (Vyana) yerləşən binalar və tikililər Kateqoriya:Avstriya sinaqoqları Kateqoriya:İdiş dilində sözlər və ifadələr