İbrahim Yusifoğlu və ya əsı adı ilə İbrahim Yusif oğlu Yusifov () — Azərbaycan pedaqoqu və şairi, prezident mükafatçısı.

Həyatı və təhsili İbrahim Yusifoğlu Yusifov 30 sentyabr Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur. "Şərur gönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.

Fəaliyyəti Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan "Qələbə atəşi" şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir.Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Mükafatları Azərbaycanın xalq maarif əlaçısı (1987) "Qızıl Qələm" media mükafatı laureatı, 2016-cı ildən Prezident mükafatçısı.

Əsərləri Araz bayatıları,1991 Bu həyat mənimlə yola getmədi,1997 Futbolçu,topçu,gopçu,1998 Mənim inamımı güllələdilər,1999 Arxamca boylanan baxışların var,1999 Sulara danışdım yuxularımı, 2000 Safdır,müqəddəsdir müəllim ömrü(oçerk) 1997-1998 Ölüm tanrıdan gələndə (oçerk) 1999

İstinadlar