Otto Adolf EyxmanTHE FIRST STAGE. THE PERSECUTION OF THE JEWS IN GERMANY [EIchmann trial transcript] / The Nizkor Project (; ) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.Локализация Эйхмана в Аргентине
Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən İkinci Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir.
Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər. O, əvvəlcə Polşanın cənub-şərqindəki Nisko, daha sonra Madaqaskara yəhudi mühacirəti layihələrini hazırlamışdır, lakin bu planların heç biri reallaşmamışdır.
Nasistlərin 1941-ci ilin iyununda SSRİ-yə hücumu ilə yəhudi siyasəti mühacirətdən məhv edilmə istiqamətinə dəyişdi. 1941-ci ildə Eyxman Auşvitzə baş çəkmiş, bundan sonra yəhudilərin ölüm düşərgələrinə göndərilməsinə icazə vermişdi. Reynhard Heydrixin əmri ilə 1942-ci il yanvarın 20-də "yəhudi məsələsinin son həlli" — bir neçə milyon yəhudinin məhv edilməsi ilə bağlı tədbirlərin müzakirə edildiyi Vanze konfransında iştirak etmişdi. O, katib olaraq iclasın protokollarını hazırlayırdı. Eyxman yəhudilərin Şərqi Avropaya sürgün edilməsi məsələsini dərhal həll etmək təklifini irəli sürmüşdü. Bu əməliyyatın birbaşa icra edilməsi Eyxmana tapşırılmışdı.
O, Gestapoda imtiyazlı hüquqa malik idi. Buna görə Eyxman tez-tez rəhbərləri H. Müller və E. Kaltenbrunnerin üzərindən birbaşa Himmlerdən əmrlər alırdı. 1944-cü ilin mart ayında Budapeştdən Auşvitzə aparılan macar yəhudilərinin nəqliyyatını təşkil edən dəstəyə rəhbərliyi həyata keçirən şəxs olmuşdur. 1944-cü ilin iyulunda nəqliyyatın çatmaması səbəbilə Macarıstanda yaşayan 725.000 yəhudinin 437.000-i öldürülmüşdü. 1944-cü ilin avqustunda Himmlerə təqdim etdiyi hesabatda 4 milyon yəhudinin məhv edilməsi əksini tapmışdı..
1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra Eyxman ABŞ qüvvələri tərəfindən tutuldu, ancaq sonradan həbs düşərgəsindən qaçdı və yenidən tutulmamaq üçün Almaniya ərazisində tez-tez yer dəyişdirərək hərəkət edirdi. Katolik yepiskopu Alois Hudalın rəhbərlik etdiyi Fransiskan rahibləri təşkilatın köməyi ilə əldə etdiyi saxta sənədlərdən istifadə edərək Argentinaya köçdü. Buna qədər isə o, 1950-ci ilə qədər Aşağı Saksoniyanın kiçik bir kəndində gizlənirdi. İsrailin kəşfiyyat xidməti "Mossad" tərəfindən toplanan məlumatlar əsasında 1960-cı ildə onun Cənubi Amerikada yerləşdiyi təsdiqləndi. Eyxman "Mossad" və "Şabak" agentlərindən ibarət qrup tərəfindən tutularaq İsrailə gətirildi. Burada o, 15 cinayət ittihamı, o cümlədən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlər üzrə mühakimə olunmaq üçün məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesində Holokostu və ya bunun təşkilindəki rolunu inkar etmədi, sadəcə totalitar sistemindəki əmrlərə tabe olduğunu iddia etmişdi, lakin bu ona kömək olmadı bütün ittihamlarla günahkar bilindi və 1962-ci il iyunun 1-də asılaraq edam edildi. Məhkəmə mediada geniş izlənildi və sonradan bir neçə kitabın, o cümlədən Xanna Arendtin "Eyxman Qüdsdə" kitabında əksini tapdı. Arendt Eyxmanı təsvir etmək üçün "Şərin adiliyi" ifadəsini işlətmişdi.
Həyatı 1906-cı il martın 19-da Zolingen şəhərində anadan olmuşdur.
Ailə və qohumları Atası — Adolf Karl Eyxman "Elektrik Tramvay Şirkətində" (Zolingen) mühasib idi, 1913-cü ildə o iş yerini Dunay çayı üzərində yerləşən Linz şəhərindəki (Avstriya) "Elektrik Tramvay Şirkəti"nə dəyişmişdi. Bura da Adolf Karl 1924-cü ilə qədər kommersiya direktoru olaraq çalışmışdı. Ailə şəhərin mərkəzində Bisşofstrasse 3-də çox mənzilli yaşayış binasında yerləşmişdi. Bir neçə onillik ərzində Eyxmanın atası Linzdəki evangelist kilsə icmasının ictimai rəhbəri idi. O, iki dəfə evli olmuşdur (ikinci dəfə 1916-cı ildə).
Anası — Mariya Eyxman, qız soyadı Şhefferling (1916-cı ildə vəfat etmişdir).
Qardaşları — Emil (1908-ci il doğumlu); Helmut (1909-cu il doğumlu, Stalinqradda ölmüşdür); bacısı — İrmqard, (1910 və ya 1911-ci il doğumlu), kiçik qardaşı — Otto.
1935-ci ildə Adolf Eyxman katolik adət ənənlərinə sadiq kəndli ailəsindən olan Veronika Libl (1909–93) ilə ailə həyatı qurmuşdu. Bu nikahdan onun dörd oğlu var idi:
Klaus (Nikolas) Eyxman (1936, Berlin — 2015 Almaniya) Horst Adolf "Adolfo" Eyxman (1940, Vyana — 2015, Argentina) Diter Helmut Eyxman (1942-ci il Praqa) Rikardo Fransisko Libl (hazırda Eyxman) (1955-ci il Buenos-Ayres) hazırda Almaniyanın məşhur arxeoloqlarından biri.
Kiçik oğulu atasını qınayaraq ondan imtina etmiş, üç böyük oğulu isə nasistlərə rəğbət bəslədiyindən atalarının günahsız olduğuna əmin idilər. "Daily Mail"in yazdığına görə, Horst və Klaus atalarının edamından sonra yəhudi müəssisələrinə və sinaqoqlara hücum etmək üçün terror hücrəsi yaratmışdılar. 1962-ci ildə Horst nasistlərin təbliğat əşyaları və odlu silah saxladığına görə 2 il həbs cəzasına məhkum edilmişdi.
İlk illər Uşaqlıqdan Adolf Xristian Gənclər Cəmiyyətinin üzvü idi, sonradan rəhbərlikdən narazı qaldığına görə Gənclər Birliyinə daxil olan "Gənc Turistlər Cəmiyyətinin" "Qrif" qrupuna keçdi. Adolf artıq 18 yaşında olanda da bu qrupda idi. Qısa boy, tünd saçlar və "xarakterik" bir burunu olduğu üçün dostlar onu "kiçik yəhudi" adlandırırdılar.из книги Quentin Reynolds "The Minister of Death" (1960), об этом писали в германских газетах, вышедших в апреле 1961 года, например Abendblatt 4-cü sinfə qədər Linzdə ibtidai məktəbdə oxumuşdur (1913–1917). Adolf Hitler də eyni məktəbə getmişdi. Sonra Eyxman real peşə məktəbinə daxil oldu (Kayzer Frans-İosif adına real peşə məktəbi, inqilabdan sonra — Federal real peşə məktəbi) və burada da 4-cü sinifə qədər (1917–1921) təhsil aldı. Məzun olduqdan sonra 15 yaşında Dövlət Mühəndisliyi, Maşınqayırma və İnşaat Dövlət Federal Federal Məktəbinə (Linz) daxil oldu. O burada dörd semestr oxumuşdu.
Bu müddətdə Adolfun atası öz işini açdığı üçün erkən təqaüdə çıxmışdı. Əvvəlcə o, Zalzburqda səhmlərinin 51 faizinə sahib olduğu bir mədən şirkəti qurdu (istehsal Zalzburg ilə sərhəd arasında idi, bu səbəbdən istehsal elə əvvəldən dayandı). Həmçinin o, Zalzburgda lokomobillər istehsal edən mühəndis şirkətinin ortaq sahibi idi. Üstəlik o, Yuxarı Avstriyada İnn çayı üzərində dəyirman tikmək üçün yaradılan müəssisənin səhmlərini də almışdı. Avstriyadakı iqtisadi böhran səbəbindən yatırdığı pulu batırmış və mədən şirkəti bağlanmışdı, lakin o, uzun illər xəzinəyə dağ mədən kirayəsi pul ödənişi etməkdə davam etmişdi.
Adolf çalışqan tələbə deyildi, bu səbəbdən atası onu məktəbdən götürərək tibbi məqsədlər üçün istifadə edilən yağ şistindən, şist yağından qatran çıxartmaq üçün öz mədənlərinə işə göndərdi. İstehsalda on nəfərə yaxın insan çalışırdı. Adolf mədəndə üç aya yaxın işləmişdi. Sonra onu "Yuxarı Avstriya Elektrik Şirkəti"ndə təcrübəçi kimi işə götürdülər, burada iki il yarım elektrik mühəndisliyi təhsili almışdı.
1928-ci ildə valideynləri 22 yaşlı Adolfa səyahət nümayəndəsi olaraq "Vacuum Oil"da işə düzəlməyə kömək etdilər. Onun vəzifələri sırasında Yuxarı Avstriyada böyük bir əraziyə xidmət etmək idi. Əsasən ərazidə qaz nasoslarının quraşdırılması ilə məşğul idi. Bu yerlər zəif elektrikləşdirildiyindən Eyxman kerosin tədarükünü təmin edirdi.
Hərbi əlaqələri olan Eyxmanın dostu Fridrix fon Şmidt onu "Cəbhəçi Gənclər Birliyi" sıralarına (Alman-Avstriya Cəbhə iştirakçıları Birliyinin gənclər şöbəsi) daxil etdi. Birliyin üzvlərinin əksəriyyəti monarxiya tərəfdarları idilər.
SS. 1930-cu illər 250px|thumb|right|1937-ci ildə SS-Haupştandartfürerdən SS-Unterşturmfürerə yüksəldilməsi üçün etdiyi müraciətə Adolf Eyxmanının yazdığı rezumenin şəkli. 1931-ci ildə artıq Avstriyada millətçi əhvali-ruhiyyə artırdı, Nasional Sosialist Alman Fəhlə Partiyası iclasları keçirilirdi. SS isə Linzdəki keçmiş cəbhə iştirakçıları birliyindən üzvlər cəlb edirdi. Birlik üzvlərinə tüfəng təlimi ilə məşğul olmağa icazə verildiyi üçün SS bu işə xüsusi maraq göstərirdi.
1932-ci il aprelin 1-də Eyxman Ernst Kaltenbrunnerin tövsiyəsi ilə SS-yə qoşuldu. O, partiyada 889895 nömrəli üzvlük bileti, SS-də isə — 45326 nömrəli bileti aldı.
1933-cü ildə "Vacuum Oil" şirkəti Adolfu Zalzburqa köçürdü. Hər cümə o, Linzə qayıdır və orada SS-də xidmət edirdi. 1933-cü il iyunun 19-da Avstriya kansleri Enqelbert Dolfus Avstriyada Nasional Sosialist Alman Fəhlə Partiyasının fəaliyyətini qadağan etdi. Bundan qısa müddət sonra Eyxman SS-yə üzv olduğu üçün "Vacuum Oil" şirkətindən qovuldu və o, Almaniyaya köçdü.
Almaniyaya gəldikdən sonra Adolf Eyxman Yuxarı Avstriyanın qovulmuş qaulyayteri Andreas Bollekin yanına Kaltenbrunnerdən aldığı tövsiyə məktubu ilə gəldi. Bollek Kloster-Leçfelddə yerləşən "Avstriya Legionu"na daxil olmağı təklif etdi. Eyxman əsasən küçə döyüşləri təlimi keçdiyi "hücum dəstəsi"nin tərkibə daxil idi.
Sonra onu Passauya SS Reyxfürerinin rabitə qərargahının rəisi şturmbannfürer (mayor) Karl von Pixlin köməkçisi təyin etdilər. Burada Eyxman Himmlerin Münhendəki idarəsinə məktub və hesabatlar hazırlayırdı. Bu vaxta qədər o, unterşarfürer (unter zabit) rütbəsi aldı. 1934-cü ildə bu qərargah ləğv edildi, Eyxman 1934-cü ilin sentyabrına qədər qaldığı Daxaudakı "Almaniya" alayının batalyonuna təhvil verildi. Eyni zxamanda o, SS Reyxfüreri Himmlerin təhlükəsizlik xidmətində əvvəllər xidmət etmiş insanların işə götürülməsi haqqında məlumat əldə etdi. O, qəbu üçün ərizə təqdim etdi və onu SS Reyxfürerinin Təhlükəsizlik xidmətinə (SD) qəbul etdilər. Ancaq düşündüyü kimi Himmlerin qorunması işinə cəlb edilmədi. O, ancaq masonların sənədlərini sistemləşdirmək üçün adi kargüzarlıq işləri ilə məşğul oldu.
1935-ci ilin ikinci yarısında SS unterşturmfureri Baron Leopold İtz Edler fon Mildenşteyn Eyxmana SD-nin Baş İdarəsində təşkil etdiyi "Yəhudilər" şöbəsinə keçməsini təklif etdi. Mildenşteyn Adolfa sonradan SS-də daxili xidmət zamanı istifadə edilən Teodor Hertslin "Yəhudi Dövləti" kitabına dair bir şərh tərtib etməyi tapşırdı.
1936-cı ilin əvvəlində şöbə müdiri Eyxmandan əlavə başqa bir işçi Teodor Danneker — Diet Visliseni oldu. Reyx hökuməti yəhudi məsələsini həll etmək istəyirdi və bu dövrdə şöbə yəhudilərin Almaniyadan sürətlə məcburi köç etmələrini asanlaşdırmaq vəzifəsi ilə üz-üzə qaldı.
1936-cı ildə Eyxman SS oberşarfüreri (vermaxtın unter zabitlərinin — feldfebel yüksək kateqoriyasına uyğun), 1937-ci ildə — SS hauptşarfürer (oberfeldfebel) rütbələrini aldı.