Epidavr (İllirik) (, və ya ) — Dalmasiyada, müasir Xorvatiya ərazisində yerləşən qədim yunan koloniyası.

Tarixi Koloniya eramızdan əvvəl VI əsrdə Peloponnes Epidavrından gələn mühacirlər tərəfindən qurulmuşdur.Psevdo Sezar. İsgəndəriyyə Döyüşünə aid qeydlər. XIV«…dates back to the sixth century B.c., when the Greeks founded here Epidaurus», E.ə. 228-ci ildə Roma dövründə şəhərin adı latınlaşdırıldı və Epidaurum və ya Epitaurum kimi tanınmağa başlandı. E.ə. 47-ci ildə Qədim Roma vətəndaş müharibəsi əsnasında, Mark Oktavi şəhəri mühasirəyə aldı, ancaq Tavrid adası (indiki Şçedro) yaxınlığındakı dəniz döyüşündə Brindizidən gələn Publi Vatininin donanmasına məğlub oldu.Psevdo Sezar. İsgəndəriyyə Döyüşünə aid qeydlər. 44—47

360-cı illərdə təbii fəlakətlərə görə dağıldı. İyeronim Stridonlu "Böyük İlarionun həyatı" kitabında 363-cü ildə Epidavrda baş verən güclü zəlzələ və daşqını təsvir edir. Təxminən 615-ci ildə avar və slavyan işğalçıları koloniyanı tam dağıtdılar. Epidavr sakinləri Raquzaya (indiki Dubrovnik) qaçdılar.

İlirilərin şəhəri Zaptal adlandırdığı məlumdur. Orta əsrlərdə qədim dağıdılmış Epidavrın ərazisində indi də mövcud olan Tsavtat şəhəri yarandı. Tsavtatda erkən Roma dövrünə aid bir neçə arxeoloji yer dövlət tərəfindən qorunur, qazıntılar davam edilir.

İstinadlar

Kateqoriya:Qədim Yunanıstan şəhərləri Kateqoriya:Yunan koloniyaları Kateqoriya:Xorvatiya tarixi Kateqoriya:Batmış şəhərlər