Klaqenfurt Dövlət teatrı — Avstriyanın Klaqenfurt şəhərində bələdiyyə teatrıdır. İndiki bina Vyana memarlıq idarəsi Fellner & Helmer tərəfindən tərtib edilmiş və 1910-cu ildə tamamlanmışdır.
Tarixi Klaqenfurtdakı ilk teatr 1605–1620-ci illəri arasında aristokratiya üçün ball zalı olaraq inşa edildi. 18-ci əsrin sonlarında teatr zaman-zaman ziyalılar, hərbçilər və məmurlar üçün də açıldı. 1811-ci ildə, indi Altes Teatrı (Köhnə Teatr) adlanan taxta binada bərpa işləri aparılaraq yenidən daşdan tikildi.
Bina getdikcə dağılırdı və buna görə də 1906 və 1907-ci illərdə Gissen və Qablonzda oxşar teatrlar inşa etmiş Vyana memarlıq idarəsi Fellner & Helmer tərəfindən yeni bina hazırlandı.Architekturzentrum Wien: "Ferdinand Fellner II." , (in German), retrieved 30 March 2013 Tikinti 1908-ci ildə başlamış və 1910-cu ildə tamamlanmışdır. Bina Avstriya imperatoru I Frans İosifin 60 illik yubileyi münasibətilə açıldı və buna görə "Kaiser Franz Joseph I. Jubiläumstheater" olaraq adlandırıldı.
1960-cı illərdə bina yenidən təmir edildi və 1996–1998-ci illərdə Günther Domeniq tərəfindən dizayn edildi.
Klaqenfurt teatrı 2003, 2006 və 2011-ci illərdə müxtəlif kateqoriyalarda Nestroy Teatr Mükafatına layiq görülmüşdür. Mükafatı alan və bu teatrda çalışan sənətçilərə Martin Kuşey, Bernd Liepold-Mosser, Mixail Maertens, Mixail Schottenberq və Martin Zehetqruber daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstriya teatrları