Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar — Çuxursəəd bəylərbəyi.

Həyatı

Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.

Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.

Ailəsi Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.

Fəaliyyəti

Əmirgunə xanq urucu, xeyriyyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib, İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb, şəhər və kəndləri abadlaşdırır".

Mənbə

Həmçinin bax Qacarlar Çuxursəəd

Kateqoriya:Çuxursəəd bəylərbəyiləri Kateqoriya:İrəvan Qacarları Kateqoriya:Səfəvi sərkərdələri