Viktor Stinqer () amerikalı zərrəcik fiziki, filosof, müəllif və din skeptiki. Zərrəciklər fizikası sahəsində tədqiqatçı alimi kimi karyerası boyunca Stinqer Yeni Ateizm ilə əlaqələndirildi. O, bir çox elmi populyar kitabların müəllifidir. 2007-ci ildə bestseller olan "Tanrı: Uğursuz Hipotez: Elm tanrının mövcud olmadığını necə göstərir" kitabı da daxil olmaqla, fizika, kvant mexanikası, kosmologiya, fəlsəfə, din, ateizm və psevdoelm mövzuları üzrə geniş auditoriya üçün nəzərdə tutulmuş on iki kitab nəşr etdi. Son kitabı Tanrı və Multikainat: Bəşəriyyətin Kosmosa dair Genişlənən Görüşü (2014) idi. O, Huffington Postda müntəzəm elm köşə yazıçısı idi.Audio of interview with Stenger on the podcast "Skepticality" released 28 August 2012 by the Skeptics Society. Stinqer məşhur "elm sizi aya, din sizi göydələnlərə götürər" aforizminin müəllifidir. İstinadlar

Kateqoriya:ABŞ filosofları Kateqoriya:Ateist filosoflar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ fizikləri