Anar İlyaz oğlu Məmmədov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).

Həyatı Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti 2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Bakı Sərnişin Nəqliyyatı" Departamentində Nəzarət şöbəsində müfəttiş; 2007-ci ildə bölmə rəisi; 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Anar Məmmədov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib. 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin növbədənkar keçirilmiş seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputat seçilib.

Üzv olduğu komitə və komissiyalar Mənbə: Gənclər və idman komitəsinin üzvü

Üzv olduğu beynəlxalq təşkilatlar Mənbə: Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası

Üzv olduğu parlamentlərarası əlaqələr üzrə işçi qrupları Mənbə: 2024-cü il oktyabrın 8-də Azərbaycan — Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzvDostluq qruplarının onlayn görüşündə — Milli Məclisin rəsmi saytı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Təltif və mükafatları 2001-ci ildə Prezident Heydər Əliyev tərəfindən mükafat alıb. 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. 2023-cü ildə Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının qərarı ilə "Parlament əməkdaşlığının möhkəmləndirilməsi" medalı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları