I Artakserks Əliuzun () — 424–465-ci illərdə Əhəmənilər sülaləsindən İran şahı.

Həyatı Atası I Kserks sui-qəsd nəticəsində öldürüldükdən sonra taxta çıxmışdır. Hakimyyətinin ilk illərində misirlilərin Afina tərəfindən dəstəklənən üsyanını yatırmış, e.ə. 454 ildə Nilin mənsəbində Afina donanmasını darmadağın etmişdi. "Kalli sülhü" (e.ə. 449) formal olaraq yunan–İran müharibələrinə son qoydu. Əhəməni satraplarının separatizm meyillərinə və işğal olunmuş ərazilərdə baş verən xalq üsyanlarına baxmayaraq Artakserksin dövründə mərkəzi hakimiyyət güclü olaraq qalırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əhəməni hökmdarları Kateqoriya:Yunan-İran müharibələrinin iştirakçıları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar Kateqoriya:Əhəmənilər dövləti şəxsləri