Urla () — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 33 km-dir. İlçənin şərqində Gözəlbağça və Səfərihisar, qərbində Çeşmə ilçələri, şimal-qərbində Qaraburun ilçəsi və Egey dənizi, şimalında İzmir körfəzi, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 727 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 67,339 nəfərdir.

İstinadlar

Kateqoriya:İzmir ilinin ilçələri Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri