Tyler, the Creator (əsl adı: Tayler Qreqori Okonma; ) — ABŞ repçisi; müğənni, bəstəkar, prodüser və aktyor. 2000-ci illərin sonunda "Odd Future" musiqi qrupunu yaradıb və ona rəhbərlik edib. Qrupda müxtəlif fəaliyyətlərlə məşğul olub - rep ifaçısı, musiqi tərtibatçısı, rejissor və aktyor kimi çalışıb. Üzvlər üçün musiqi albomu hazırlayıb və buraxıb. 2012–2014-cü illərdə qrupun "Loiter Squad" yumoristik verilişində iştirak edib.
T. Okonma qrupla birgə fəaliyyətinə paralel olaraq, 2009-cu ildə "Bastard" adlı ilk studiya albomunu müstəqil şəkildə buraxmaqla solo karyerasına başlayıb. 2011-ci ildə ikinci studiya albumu "Goblin"i təqdim edib. "Yonkers" sinqlı və bu mahnının videoklipinin yayılması nəticəsində media diqqətini cəlb edib. Həmin dövrdə horrorkor () janrında olan musiqisi və kəskin məzmunlu mahnı sözlərinə görə media tənqidləri ilə qarşılaşıb.
T. Okonmanın üçüncü albomu "Wolf"dan (2013) sonra yaradıcılığında dəyişiklik baş verib. Horrorkor janrını tərk edərək, caz, soul və R&B üslublarının sintezinə əsaslanan musiqiyə keçid edib. 2014-cü ildə "Cherry Bomb" albomunda Lil Wayne və Kanye Vest də iştirak edib. "Flower Boy" (2017) albomunun kommersiya göstəriciləri yüksək olub. "Igor" (2019) və "Call Me If You Get Lost" (2021) ABŞ-nin "Billboard 200" hit-paradında birinci yerə çıxıb və "Qremmi" mükafatını qazanıb. "Chromakopia" (2024) və "Don't Tap the Glass" (2025) albomları da ABŞ-də birinci sıraya yüksəlib.
Musiqi istehsalları ilə yanaşı "Golf Wang" və "Le Fleur" geyim layihələrini həyata keçirib, "Lacoste", "Converse" və "Louis Vuitton" şirkətləri ilə işgüzar əlaqələr qurub. 2012-ci ildən etibarən "Camp Flog Gnaw Carnival" musiqi tədbirini təsis edib. Tədbirdə Kanye Vest, Dreyk, Kendrik Lamar, Lana Del Rey və Billi Ayliş iştirak edib. "Wolf Haley" imzası ilə bütün musiqi kliplərinə və təbliğat videolarına rejissorluq edib. İki "Qremmi", üç "BET Hip Hop", bir "Brit" və bir "MTV Video Music" mükafatı var. "The Wall Street Journal" onu 2019-cu ildə "İlin musiqi yenilikçisi" elan edib. "Los Angeles Times" nəşri 2024-cü ildə onu Los-Ancelesdə "iz qoyan sənətkar" kimi təqdim edib.
Erkən həyatı və təhsili Tayler Qreqori Okonma 1991-ci il martın 6-da Kaliforniya ştatının HotornCaramanica, Jon (May 4, 2011). "Tyler, the Creator, of Odd Future and 'Goblin'" , The New York Times şəhərində doğulub. Atası Nigeriyada yaşayan iqbo xalqının nümayəndəsidir. Anası Afrika-Amerika və Kanada mənşəli amerikalıdır. On yeddi yaşınadək Hotorn şəhərində yaşayıb, sonra Ladera-Hayts yaşayış məntəqəsinə köçüb. Yeddi yaşında musiqi albomu üz qabıqları hazırlayıb, mahnı siyahıları tərtib edib. On dörd yaşında müstəqil şəkildə fortepianoda ifa etməyi öyrənib.
Təhsil aldığı 12 il ərzində Los-Anceles və Sakramento ərazisindəki 12 müxtəlif məktəbdə oxuyub. 8-ci sinifdə həddən artıq fəallığına görə drama dərnəyindən çıxarılıb. 9-cu sinifdə not savadı olmadığına görə musiqi dərnəyinə qəbul edilməyib.
"FedEx" şirkətində iki həftəyə qədər və "Starbucks"da iki ildən artıq çalışıb. Yaradıcılıq materiallarını yerləşdirdiyi "Myspace" səhifəsindən götürdüyü adı səhnə təxəllüsü kimi qəbul edib.
T. Okonma 15 yaşında "bloxhead" adlı "YouTube" kanalını idarə edib. İlk videosunu 2008-ci il fevralın 28-də yerləşdirib. 2009-cu ilin oktyabrınadək kanal üzərində fəaliyyət göstərib və ilk albomu olan "Bastard" üzərində işə başladığı üçün videoyayımı dayandırıb. Kanalın əvvəlki adı Casper Dolfin ilə yaratdığı komediya hip-hop duetinin adına uyğun olaraq "I Smell Panties" olub.
Şəxsi həyatı T. Okonmanın 2002-ci ildən skeytbordla məşğul olduğu və BMX velosipedləri topladığı məlumdur. O, ateizm dünyagörüşünü mənimsəyib. Tibbi sənədlərə əsasən, astma xəstəliyindən əziyyət çəkir. İctimai çıxışları zamanı inhalyatordan istifadə etdiyi müşahidə olunub. Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq, zərərli vərdişlərdən imtina edib.
Cinsi oriyentasiyası 2015-ci ildə "Rolling Stone" nəşrinə müsahibəsində homoseksual olduğunu bildirib. 2017-ci ildə "Noisey" nəşrinə verdiyi açıqlamada 15 yaşında oğlanla münasibətdə olduğunu qeyd edib. 2018-ci ildə "Fantastic Man" nəşrinə müsahibəsində həyatının şəxsi tərəflərinin olduğunu vurğulayıb. Yaradıcılığında həm kişi, həm qadınlarla münasibətlərinə dair məqamlar yer alıb.
Diskoqrafiya Studiya albomları Goblin (2011) Wolf (2013) Cherry Bomb (2015) Flower Boy (2017) Igor (2019) Call Me If You Get Lost (2021) Chromakopia (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:XXI əsr ABŞ repçiləri Kateqoriya:XX əsr ABŞ repçiləri