Aukştaytiya () — Litvanın şimal-şərqində etnoqrafik bölgə. Aukşaytiya dialekti Aukşaytiya bölgəsindən daha geniş ərazidə danışılır.
Adı Bölgənin adını qeyd edən ən erkən tarixi sənəd 1294-cü ilə aid olan Peter fon Dusburq yazdığı Prussiya torpaqlarının xronikalarıdır. 1420-ci ildə Aukştaytiya sözü Böyük Vitovtun məktubunda qeyd olunur.
Coğrafiya Bölgənin qərbində yerləşən Muşos-Nəmunelis və Nevejis düzənlikləri var. Orda Şventoyi çayı axır. Bölgənin təpəli hissəsi də var. Litvanın göllərinin çoxu bu təpəli hissədə İqnalinanın ətrafında yerləşir.Lithuania by Sakina Kagda Ölkənin ən dərin (Tauraqnas 50,5 m) və ən böyük (Drukşyay) gölləri də Aukştaytiyada yerləşir. Bölgənin şərqindəki 1300 kv.km. ərazisində uzanan Aukştaytiya Milli Parkının ərazisində 126 göl yerləşir.
Əhali Aukştaytiyanın böyük hissəsi şərqi Aukştatiya ləhcəsində danışır. Bölgənin qərbi hissəsində (Şyaulyay və Kaunas ətrafları) isə qərbi Aukştatiya ləhcəsində danışırlar.
Əhalinin əksəriyyəti katolik litvalılardır. Visaginas şəhərinin ətrafında əhalinin çoxunu ruslar təşkil edir, Birjay ətrafında isə 10% kalvinist litvalıların azlığı var.
Bölgənin qərbi düzənlikləridə çox sayda fermalar mövcuddur. Təpəli şərqdə isə köhnə üslubda saxlanılmış kəndlər var.
Mətbəx Aukştaytiya üçün ənənəvi yeməklər müxtəlif fətir və düşbərə növləridir. Bundan əlavə, bölgədə arpa pivəsinin hazırlaması ənənəsi var və burda həmçinin alma və giləmeyvə şərabları hazırlanır.
İstinadlar
Kateqoriya:Aukştaytiya Kateqoriya:Avropa regionları