Tedros Adanom Qebreisus (ingilicsə:Tedros Adhanom; ) — Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Efiopiyanın sabiq səhiyyə naziri və xarici işlər naziri
Həyatı və təhsili Tedros Adano Qebreisus 3 mart 1965-ci ildə Efiopiyanın Əsməra şəhərində anadan olub. Əsməra Universitetində, sonra isə Böyük Britaniyanın Nottinqem Universitetində mağistr təhsili alıb. Elmi adını da infeksion xəstəliklər və immunologiya sahəsində müdafiə etdiyi elmi işlə bağlı olub.
Beynəlxalq,səhiyyə və siyasi fəaliyyəti 2009-cu ildə o, QİÇS, malyariya və vərəmə qarşı Qlobal Mübarizə Fondunun sədri seçilib. Ümumdünya Səhiyyə Təşkilatına sədrlik edən ilk Afrika təçəmsilçisi olub. ÜST rəhbəri seçilməzdən öncə 7 il Efiopiyanın səhiyyə naziri, daha sonra isə 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri işləyib. Səhiyyə naziri olarkən ölkəsinin səhiyyə sisteminin inkişafı üçün mühüm işlər görüb. İlk növbədə milyonlarla insan səhiyyə sisteminin xidmətilərindən istifadə edə bilib. O, səhiyyə ocaqlarının yaradılmasına ciddi investisiyanın yatırılmasına nail ola bilib.
Azərbaycana səfəri
2018-ci ildə ÜST-ün baş direktoru kimi Azərbaycana ilk rəsmi səfərə gəlib. Səfər müddətində baş direktor Vərəm üzrə Təlim Mərkəzində, Azərbaycanın Milli Onkologiya Mərkəzində olub. Səfər çərçivəsində ÜST direktoru prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Təltifləri Beynəlxalq aləmdə səhiyyə sahəsində araşdırmaları və çoxsaylı elmi məqalə və araşdırmalarına görə mükafatlandırılıb. 2016-cı ildə Serbiya Bayrağı Оrceni ilə təltif edilib. Səhiyyə sahəsində yorulmaz fəaliyyətinə görə Cimmi və Rozalina Kafter Humanitar mükafatı alıb.
İstinadlar
Kateqoriya:Əsmərada doğulanlar