Aşıq Seyid İbrahim (İbrahim Musa oğlu Möhsümov; ) — Azərbaycanın ustad aşığıAşıq Məhərrəm Hüseynli. Söz yaddaşım. Bakı, 2014. səh. 216–280

Həyatı Aşıq Seyid İbrahim 1895-ci ildə Tovuz rayonunun Qaradaş (keçmiş Seyidlər) kəndində sənətkar ailəsində doğulmuşdur. Atası Seyid Musa vaxtilə Şuşadan köçərək burada məskunlaşmışdır. Musa 1916-cı ildə vəfat edib.Aşıq Məhərrəm Hüseynli, "Söz yaddaşım", "Tovuz aşıqları". Bakı, 2014, səh.261–262 Onların nəsli həm ata, həm də ana tərəfdən Seyid imiş.Azad Ozan Kərimli, "Dədə Qorqud" jurnalı, III nömrə, 2002.

İkinci Dünya müharibəsində İkinci Dünya müharibəsi başlayanda Seyid İbrahim ön cəbhəyə getmək üçün Stalinə şeirlə müraciət edir.

1943-cü ildə həmkarı Aşıq Nəcəf Əlimərdanlı kimi növbəti döyüşçüləri yola salan zaman sazını da götürüb döyüşlərə yollanır. Vətənpərvər və cəsur aşıq bir əlində saz, birində silah faşistlərə qarşı Krımda ölüm-dirim savaşına girir.M. Hüseynli, "Tovuz aşıqları", Bakı, 2003, səh.58

1944-cü ilin may ayına qədər Aşıq İbrahim ən ağır bölgələrdə vuruşur, ağır yaralanaraq evə qayıdır. Elə qayıdarkən yolda o vaxt epidemiyaya çevrilmiş tif (yatalaq) xəstəliyinə tutulur, bir müddətdən sonra vəfat edir.

İfaçılığı Məşhur ustad Aşıq Əsəd Rzayev və onun qardaşı Aşıq Məhəmməd Rzayevdən aşıq sənətini mənimsəmiş, onların dastan və şeir yaradıcılığını öyrənmişdir.

Aşıq Seyid İbrahim dövrünün bir çox adlı-sanlı aşıqları ilə deyişmişdir. Onlardan Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd Rzayev, Aşıq Məhəmməd, Aşıq Mirzə Bayramov və başqalarının adını çəkmək olar. Onun bir 1938-ci ildə Gəncədə keçirilmiş Aşıqların qurultayında olmuş bir deyişməsinin video yazısı da qalmaqdadır. Köhnə kadrlarda Aşıq İbrahimin sözləri ruscaya tərcümə edilərək göstərilir.Asiq Esed Rzayev. Asiq Mirze. — YouTube saytı

Onu digər aşıqlardan fərqləndirən cəhətlərdən biri də muğam və təsniflərin, ənənəvi aşıq havalarının kamil və düzgün ifaşçsı olması, bədii danışıq mədəniyyəti, şeir yazmaq məharəti, özünü aparmaq qabiliyyəti olmuşdur.

Yaradıcılığı

Aşıq İbrahimin yaradıcılığında müharibə mövzusu, amansız düşmənin törətdiyi fəlakətlər böyük yer tutur.

Əldə qalan şeirləri az olsa da, mükəmməl bir şairin, ustadın qələmindən çıxdığı görünür. Onun yazdığı bir şeirə bəstələnmiş, sonralar böyük sənətkarlardan olan Əbülfət Əliyevin ifasında dinlənilən "Üç gül" mahnısı da populyardır. Aşıq Məhərrəm Hüseynlinin uzunmüddətli araşdırmalardan sonra bu şeirin məhz Aşıq İbrahimə məxsus olduğuna əminliyi Qızıl Fondda qalan və hətta rəqs ifaçılarının da ifa etdikləri köhnə kadrlarda şeirin müəllifinin adı dəqiq çəkilir.

İstinadlar

Xarici keçidlər Aşıq Seyid İbrahim. Üç gül şeiri əsasında mahnı

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları