Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonra da şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi.

Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi. 5 il davam edən müharibələrdən sonra Nadir imperiyanın qərb sərhədlərini bərpa edə bildi. O, imperiyanın suverenliyini Qafqazın da əksər hissəsində qəbul etdirdi.

Bir çox uğurlu hərbi əməliyyatlar Nadirə imperiyanı elit təbəqəsinin artıq dəstəkləmədiyi Səfəvi sülaləsini qansız formada devirmək üçün legitimliyi təmin etmişdi. Əfşarlar sülaləsinin əsasını qoyan Nadir şah 1736-cı ildə Muğanda özünü şah elan etdi və şah kimi ilk hərbi əməliyyatını əfqanıstana qarşı həyata keçirdi. O, bu dəfə bütünlüklə Əfqanıstanı özünə tabe etmək istəyirdi. Əfqanıstanın bütünlüklə tabe etdirilməsindən sonra Nadir üçün Böyük Moğol imperiyasına gedən yol açılmışdı. Onun bu yürüşü həyata keçirdiyi ən möhtəşəm hərbi əməliyyatlarından biridir. Xeybər keçidində özündən say etibarilə qat-qat çox olan rəqib ordunu cəmi 10.000 nəfərlik qoşunla darmadağın edən Nadir Moğol imperiyasının əsas bölgəsinə daxil oldu. Burada moğolların əsas ordusu ilə qarşılaşdı. Orduların sayının nisbəti 1-ə 6 nəfər olmaqla, moğolların xeyrinə idi, lakin Nadir moğol ordusunu cəmi 3 saata darmadağın etdi. Moğol imperatoru Məhəmməd şah Nadir şahdan asılılığı qəbul etdi və nadir Dehli şəhərinə daxil oldu. Şəhərdə ona qarşı qalxmış üsyanı yatıran Nadir bir müddət sonra şəhəri tərk etdi. Şəhərə tərk edərkən özüylə xeyli miqdarda sərvət aparan Nadir şah həmçinin, Hind çayından şimaldakı moğol torpaqlarını da ilhaq etdi.

Nadirin imperiyaya geri dönməsi ilə Mərkəzi Asiyada hərbi əməliyyatlara başlanıldı. Mərkəzi Asiyada Əfşar sülaləsinin hegomoniyası təmin edildi və onun dövləti Sasani imperiyasından belə böyük ərazini əhatə etdi, lakin bu nöqtədən sonra Nadir pisxi problemlər yaşamağa, paranoyalar keçirməyə başladı və onun sağlamlığı getdikcə daha da pisləşdi. Şimala doğru ləzgilərə qarşı həyata keçirdiyi hərbi əməliyyat nisbətən daha az uğurlu oldu. Bağdadın mühasirəsi isə Nadirin gözlənilməz qərarına əsasən gözləniləndən tez başa çatdırıldı, halbuki Nadir bu ərazilərin bir xeyli hissəsini özünə tabe edə bilərdi. Bundan sonra Nadir şah imperiyanın sakinlərinə qarşı özünün dağıdıcı siyasətini davam etdirdi və tədricən, özünün yaxın ətrafını, həmfikirlərini özündən uzaqlaşdırdı. Öz mirasçılarını, ona sadiq sərkərdələrini ona xəyanət etməkdə, üsyan qaldırmağa hazırlaşmaqda ittiham etdi. Nadir şahın hakimiyyətinin son illərində ona qarşı üsyan qaldırmış əhalini yatırmaq üçün imperiya torpaqlarını dolaşmaqla məşğul olmuşdur. Bu üsyanların çoxu qəddarlıqla yatırıldı. Özünün sonuncu böyük qələbəsini isə Qarsda Osmanl ordusu üzərində qazanmışdır. O, burada sultanın onun sülh təklifini rədd edərək göndərdiyi ordunu məhv etmişdi. Sonda Nadir öz çadırında zabitlərinin bir qrupu tərəfindən qətlə yetirildi. Onun ölümü ilə bütün imperiyanı xaos və özbaşınalıq bürüdü. Ölkədə vətəndaş müharibələri, tayfalar arasında döyüşlər adi hal aldı. Ağa Məhəmməd xan Qacarın hakimiyyətə gəlməsinə qədər davam edən bu feodal pərakəndəliyi dövrü təxminən yarım əsr davam etdi.

Xorasanın fəthi thumb|250px|left|Fransız şərqşünas Ejan Flandin tərəfindən çəkilmiş XVIII əsr şimali İranında barıt anbarını əksr etdirən qravür.

İmperiyanın şərq sərhədlərində başlayan üsyanlar getdikcə artmaqda idi. Əfqan tayfası olan Hotakilərin başçısı Mahmud Hotaki bu üsyan nəticəsində imperiya əyalətlərini ələ keçirməyə başladı.

Gülnabad döyüşündə imperiya ordusunu darmadağın edən Mahmud Hotaki paytaxta doğru yönəldi. Paytaxt ağır mühasirədən sonra əfqanlara təslim oldu.

İsfahanda yaşayan və saray mənsubu olan Məlik Mahmud Sistani ilə Hotaki başçısı Mir Mahmud arasında razılaşma əldə edildi. Razılaşmaya görə Məlik Mahmuda Mir Mahmud Hotakini şah kimi tanıyacağı təqdirdə Xorasanda müstəqil dövlət yaratmağa icazə veriləcəyi bildirilirdi. Bundan sonra Sistani Xorasana daxil oldu və oranı üsyançılardan, yerli qoşun rəhbərlərindən təmizlədi.

Sonda əyalətin paytaxtı olan Məşhəd ələ keçirildi. Bu zaman Nadir Məşhədin şimalında yerləşən Kəlat qalasında 1.200 nəfərlik bölmə ilə möhkəmlənmişdi. O, buradan Məlik Mahmudun torpaqlarına hücumlar təşkil edirdi. Düzdür, bu hücumlar zamanı Nadir Məlik Mahmudla birbaşa üz-üzə gəlməsə də, o, özünü Məlik Mahmudun Xorasandakı əsas rəqibi kimi tanıda bildi.

II Təhmasib və Məşhədin mühasirəsi

İsfahanın təslim olmasından sonra Mahmud Hotaki öz qoşunlarını Qəzvinə göndərdi. Özünü yeni Səfəvi şahı elan etmiş və İsfahandan vaxtında qaçmağı bacarmış II Təhmasib bu şəhərdə idi. Əfqan qoşunlarının yaxınlaşması xəbərlərindən sonra o, şəhəri tərk etməyə məcbur qaldı. Təhmasib osmanlı qoşunlarının imperiyanın qərb sərhədlərindən yaxınlaşmasına görə qərbə doğru da qaça bilmirdi. O, nəhayət Astrabad Qacarlarının tayfa rəisi olan Fətəli xan Qacarla münasibət qura bildi və onun himayəsinə sığındı.

Təhmasib imperiyanın mərkəzi olan İsfahana yürüş etmək üçün çox tez olduğu qərarına gəlmişdi. O, Xorasana yürüş etməyi, burada öz bayrağı altında daha çox qoşun toplamağı və yeni müttəfiqlər tapmağı planlayırdı. Xorasana çatdıqdan sonra Təhmasiblə Fətəli xan Nadirlə tanış oldular. Bu zaman Nadir Xorasan kürdlərinə qarşı müharibələr aparır, öz kiçik ordusu ilə qələbələr qazanırdı. Bu 3 nəfər ordusunu birləşdirdikdən sonra 30.000 nəfərlik ordu meydana çıxdı və bu ordu Məşhədi mühasirəyə almaq üçün yürüşə başladı. Onların əsas rəqibi Xorasan hökmdarı Məlik Mahmud Sistani və onun baş komandanı Pir Məhəmməd idi. Təhmasibin bu zaman artıq Fətəli xanla olan münasibətləri gərginləşmişdi. 1726-cı ilin 10 oktyabrında Nadir Təhmasibə Fətəli xanla Sistaninin arasında gizli əlaqənin olduğunu sübut edən gizli məktub gətirdi. Nadir Fətəli xanın öldürüləcəyi halda Qacar döyüşçülərinin qoşunu tərk edəcəyindən çəkinirdi və buna görə Təhmasibə onu öldürtməməyi təklif etdi. Təhmasib bununla razılaşsa da, ertəsi gün Fətəli xanı edam etdirdi.

Hər halda, Qacar döyüşçüləri loyalist ordusunu tərk etmədilər. Az sonra Pir Məhəmməd xan Nadirə qalaya daxil olaraq Məlik Mahmud Sistanini əsr tutmağa şərait yaratdı. Qalanın mühasirəsi qısa müddət sonra uğurla başa çatdırıldı.

Mühasirədən sonra Məlik Mahmud Sistaninin məğlub edilməsindən sonra loyalistlər gözlənilməz şəkildə mərhəmət göstərərək onun canını bağışladılar və yaralarını müalicə etdirdilər. Lakin bir il sonra Nadir ondan şübhələndi və edam etdirdi. Xorasanın paytaxtının mühasirəsinin uğurla nəticəlnəməsindən sonra Nadir şəhərin açarlarını Təhmasibə hədiyyə etdi. Fətəli xanın yerinə Nadir təyin edildi və onlar digər xanları, feodalları tabe etdirmək üçün güclərini birləşdirdilər. İndi qarşıda duran məqsəd isə daha şərqdə yerləşən Heratın ələ keçirilməsi idi.

Qərbi Əfqanıstanın ələ keçirilməsi

thumb|200px|left|Əfqanıstan yürüşünün əsas manevrlərini əks etdirən diaqram

Əfqanıstanın işğalı Nadir tərəfindən müxtəlif yürüşlər sistemi ilə həyata keçirilmişdir və Abdali əfqanlarına qarşı həyata keçirilən yürüşlərlə sonlandırılmışdır. Nadir bu yürüşlərdən sonra öz monarxına qarşı uğurlu yürüş həyata keçirdi və 1729-cu ilin 4 mayında alçaldılmış monarxı özündən asılı vəziyyətə saldı. Təhmasib Nadiri yürüşlərində müşayiət etməyə məcbur oldu. Nadir bunu Təhmasibi öz nəzarəti altında saxlamaq üçün etmişdi.

Bu yürüşlər Nadirə öz ordusunu taktiki baxımdan inkişaf etdirməyə, təcrübə qazanmaöa inanılmaz dərəcədə yardım etdi. Çünki Nadirin ordusu sonda ağır süvari ordularına qarşı döyüşməli idi. Bu qazanılan qələb özünü Damğan döyüşündə göstərdi. Əfqan ordusu ağır məğlubiyyətə uğradı. Bu qələbə Səfəvilərə hava-su kimi lazım idi. Allahyar komandanlığında olan Abdalı qüvvələrinin sayı 15.000 nəfərdən ibarət idi. O, Heratı idarə edirdi. Kafir qalaya cənub tərəfdən yaxınlaşan Zülfiqar xanın tabeliyində isə 12.000 nəfərlik Abdali qüvvəsi var idi.

Herata doğru Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib Mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi. 1728-ci ilin noyabrında Nadir Təhmasiblə birlikdə Mazandarana gəldi. Məhəmməd Əli xan dərhal ona itaət etdi, Zülfiqar isə tabe olmadı. Nəhayət, o da həbs edildi. Dekabrın sonlarında Mzandaranı tabe edən Nadir Gilanı geri qaytarmaq tələbi ilə ruslara elçi göndərdi. 1729-cu ilin martında Nadir Novruz bayramını Məşhəddə qeyd etdi və nəhayət, Herat yürüşü üçün genişmiqyaslı hazırlıqlara başladı.

Nadirin yürüşlərinin canlı şahidi olmuş yunan taciri Bazil Vatatzesin yazdığına görə, Nadir ordusunu döyüşə hazırlamaq üçün hər gün təlimlər təşkil edirdi. Əlavə edirdi ki, Nadir təlim meydanına gəlir, 1000 yaxud 100 nəfərdən ibarət heyətləri salamlayırdı.

Ordunun təlimləri yekunlaşdıqdan sonra Nadir Təhmasiblə birgə Məşhəddən Herata üz tutdu. Bir qədər sonra Nadir ordusunun hazırlıq səviyyəsindən xəbər tutan əfqanlar Heratda Allahyar xanın başçılığı altında birləşdilər.

Heratın tabe etdirilməsi İki ordu Heratdan 50 mil qərbdə, Kafir Qala adlanan yerə qarşılaşdılar. Nadir bu dəfə də adamlarını ehtiyatla piyadaların artilleriyanı mərkəzdən əhatə etdiyi bir şəkildə yerləşdirdi. Sənqan döyüşündə olduğu kimi o, yenə də əsas qüvvələrdən kənarda ehtiyat süvariləri dəstələrinin başında mövqe tutdu. Düşmənin gücünü öyrənmək üçün onlarla toqquşma üçün kiçik süvari dəstəsi göndərdi. Əfqanların bu hücumu uğurla dəf edə bilməsi onun bütün planlarını pozdu. Əfqanlar onun ordusunun sol cinahına hücum etmiş və ordunun döyüş nizamını da poza bilmişdilər. Tüfəngçilər geri çəkilirdi. Bunu görən Nadir özü şəxsən döyüşə girdi və bir neçə əfqanı öldürdü. Əfqanlar şərqə doğru geri çəkilməyə başladı və toqquşma zamanı Nadir ayağından yaralandı. Gecə Nadir də ordusuna geri çəkilmə əmri verdi.

Güc itirən əfqanlar Hari Rud çayı ıstıqamətində geri çəkilmək qərarına gəldilər. Nadir irəliləyərək Herat yaxınlığına qədər gəldi. Növbəti iki gün ərzində kiçik toqquşmalar yaşandı. Vəziyyətinin yaxşı olmadığını görən Allahyar xan sülh imzalamaq üçün elçi göndərdi. Nadir isə əfqan rəhbərlərinin hamısının onun yanına gəlib müqavilə imzalamalarını istədi. Bu zaman ona kömək gəldiyini eşidən Allahyar xan yenidən müqavimətə başladı, lakin şəkiban yaxınlığında baş tutan və 2 gün davam edən döyüşlərdən sonra əfqanlar məğlub edildilər. Allahyar xan yenə sülh istədi, Nadir isə cavabında əfqan rəhbərlərinin bir-bir onun yanına gəlmələrini və ordularını buraxmalarını istədi. Bu cavabdan sonra Abdali tayfa başçıları bir-bir Nadirin yanına gəlib tabe olduqlarına dair and içdilər. Onlar gilzayilərlə Nadirə yardım edəcəkləri, gələcəkdə ona qarşı çıxmayacaqlarına söz verdilər.

Strateji və taktiki düzəlişlər