Fatimeyi-Məsumə türbəsi () — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə məzhəbinə mənsub müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə.
Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimeyi-Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu Cəfəri Sadiqin nəvəsi, 7-ci şiə imamı Museyi-Kazim qızı və 8-ci şiə imamı Əli Rzanın bacısı olan Fatimədir.
Fatimeyi-Məsumə (Fatimə bint Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir.
Vəfat edəndə hələ cəmi 28 yaşında idi.
Memarlığı Fatimeyi-Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min m² ərazini əhatə edir. Fatimeyi-Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir.
Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai () Bala Sər () və Əzəm () məscidləridir.
Qalereya
Həmçinin bax Bibiheybət məscidi Nardaran məscidi Şah Əbdüləzim türbəsi
İstinadlar
Kateqoriya:İran türbələri Kateqoriya:Şiə qəbiristanlıqları Kateqoriya:Səfəvi memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Günbəzli dini tikililər Kateqoriya:1883-cü ildə tamamlanmış dini tikililər Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:İran qəbiristanlıqları Kateqoriya:İran məscidləri Kateqoriya:İranda təhsil Kateqoriya:Kral sülalələrinin dəfn yerləri Kateqoriya:Qum (şəhər) Kateqoriya:Qum ostanı Kateqoriya:XVII əsr memarlığı Kateqoriya:İslamda ziyarət Kateqoriya:Saraylar