Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam.

Coğrafi mövqe Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir.Ciddi H. Buğurt qalası / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 9

Şirvanşahlar dövründə Nə zaman tikildiyi bilinmir.Ciddi H. Buğurt qalası / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 16 Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur.Б.Дорн. К истории кавказских стран и народов. Azərbaycan SSR EA Tarix İnstitutunun elmi arxivi, iş № 1741, səh. 15. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu.Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səh. 198 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər.Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səh. 160 Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.

Səfəvilər dövründə İskəndər Münşünün yazdığına görə bu müharibələr zamanı həm Gülüstan, həm də Buğurt qalası Təhmasibin əmri ilə dağıdılmışdır. Lakin Abdulla xan Şirvan bəylərbəyisi olan zaman türk sultanı Süleyman Qanuninin Şirvana yürüşü zamanı türk qoşunlarının başçısı Qasım bəy Buğurt qalasından hərbi müdafiə məntəqəsi kimi istifadə etməsi bu iddianın səhv olduğunu göstərir.Ciddi H. Buğurt qalası / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 17. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şamaxı rayonunun qalaları Kateqoriya:Şirvanşahlar Kateqoriya:Şamaxı rayonundakı tikililər