Köhnə muzey () — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir.
Ümumi məlumat Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823–1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir.
Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır.
Qalereya
İstinadlar
Xarici keçidlər Altes Museum at the website of the Berlin State Museums. Altes Museum at GreatBuildings.com. Altes Museum at Archiseek.com. Altes Museum at museum-location.de.
Kateqoriya:Berlin muzeyləri Kateqoriya:Berlin Dövlət Muzeyləri Kateqoriya:Muzeylər adası Kateqoriya:Almaniyadakı tarixi muzeylər